Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 3(5-149)-5/2026 27.01.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Əliyev Rəşad Ayıl oğlu, Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında işin materiallarını Oğuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Oğuz rayonu Filfilli kəndi ərazisində “Mazi dərəsi” adlanan yerdə ovçuluq bileti və ov etmək icazəsi olmadan 1 ədəd dağ keçisi ovlayaraq təbiətə 275 manat ziyan vurması faktı üzrə Oğuz rayon X1 Təhlükəsizlik Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati material məhkəmədə 3 (5-149) - 5 / 2026 nömrə ilə qeydiyyata alınmışdır. Şəxs xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Filfilli kəndi ərazisində “Mazi dərəsi” adlanan yerdə ovçuluq bileti və ov etmək icazəsi olmadan tüfənglə 1 ədəd dağ keçisi ovlaması faktı üzrə Oğuz rayon X1 Təhlükəsizlik Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı qeydiyyata alınmış 3 (5- 149) - 3 / 2026 nömrəli inzibati material da məhkəmənin icraatındadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan 3 (5-149) - 3 / 2026 nömrəli inzibati material və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə olan 3 (5-149) - 5 / 2026 nömrəli inzibati material Şəxs müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərdir. Ona görə də həmin işlər bir icraatda birləşdirilməklə onlara eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə olan 3 (5-149) - 5 / 2026 nömrəli inzibati material onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan 3 (5-149) - 3 / 2026 nömrəli inzibati material ilə bir icraatda birləşdirilməklə həmin işlərə eyni vaxtda baxılsın. Hakim : Rəşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-149)-5/2026
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №3(5-149)-5/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver