Məhkəmə qərarları › İş №3(5-149)-6/2026

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(5-149)-6/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(5-149)-6/2026 05.03.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi Vəkil Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1965-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, evli, işsiz, 3-cü dərəcəli əlilliyi olan, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (054) - 244/ 2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon İcra və Probasiya Şöbəsinin rəisi X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 22 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən borclu Şəxs Oğuz Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(054)-195/2024 saylı icra sənədini inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İddiaçılar Zərərçəkmiş şəxs, X6, X1, X3 və X7 cavabdehlər Şəxs, X8, X4 və X9 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin və evin iştirakçılar üçün hərracda satılması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(054)-195/2024 nömrəli qətnaməsinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmz əmlakın dövlət reyestrindən 07 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar X6, X1, X3, X7 və mərhum X2 mülkiyyətində olan 0,169878 ha torpaq sahəsi, həmin çıxarışa və 16 fevral 2022-ci il tarixli, 405-4018/414 inventar nömrəli texniki pasporta əsasən iddiaçı Zərərçəkmiş şəxs və mərhum X2 mülkiyyətində olan, sahəsi 49,1 kv.m fərdi yaşayış evi iştirakçılar üçün hərracda satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs icra sənədini icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətdiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Hazırki işə ilk dəfə mahiyyəti üzrə baxılarkən Oğuz Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3 (5-149) - 6 / 2026 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. (Hakim Rəşad Əliyev) Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3 (5-149) - 6 / 2026 nömrəli qərarından apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati həbs cəzası ilə cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3 (3-10) - 73 / 2026 nömrəli qərarı ilə şikayət qismən təmin edilərək Oğuz Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3 (5-149) - 6 / 2026 nömrəli qərarı ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3 (3-10) - 73 / 2026 nömrəli qərarında qeyd edilmişdir ki, göründüyü kimi, Oğuz Rayon Məhkəməsinin 2(054)-195/2024 nömrəli məhkəmə aktının nəticə hissəsində barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs üzərinə aktın icrası ilə bağlı heç bir vəzifə qoyulmamışdır. Bu baxımdan məhkəmə Oğuz Rayon Məhkəməsinin 22 yanvar 2026-cı il tarixli, 3(5-149)-6/2026 nömrəli qərarını əssasız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, təhlil olunan işdə birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan qərar qəbul etmişdir. Qeyd olunan əsaslara görə Oğuz Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3 (5-149) - 6 / 2026 nömrəli qərarı ləğv edilərək iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. İnzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən baxılması ilə bağlı hazırki məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X10 izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(054)-195/ 2024 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Belə ki, fərdi yaşayış evi iştirakçılar üçün açıq hərracdan Zərərçəkmiş şəxs satılmışdır. Satışdan əldə edilən məbləğ iştirakçılar arasında paylarına mütənasib surətdə bölünmüş, Şəxs başqa digər payçılar öz paylarına düşən məbləği almışlar. Şəxs isə öz payını götürməmişdir və hazırda həmn məbləğ depozitdədir. Şəxs tələbi qismən könüllü icra etmişdir. Belə ki, o, evin yarısını artıq boşaltmışdırt. Bundan başqa, icra vərəqəsində Şəxs borclu kimi qeyd edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o özü onkoloji xəstəlikdən əziyyət çəkir və 3-cü dərəcə əlilliyi olan şəxsdir. Onun maddi vəziyyəti ağırdır və hazırda yaşamağa başqa yeri də yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək, eyni zamanda, tədqiq olunmuş sübutlara məcmu halında və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3 (3-10) - 73 / 2026 nömrəli qərarında qeyd edilənlərlə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar Zərərçəkmiş şəxs, X6, X1, X3 və X7 cavabdehlər Şəxs, X8, X4 və X9 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin və evin iştirakçılar üçün hərracda satılması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(054)-195/2024 nömrəli qətnaməsinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmz əmlakın dövlət reyestrindən 07 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar X6, X1, X3, X7 və mərhum X2 mülkiyyətində olan 0,169878 ha torpaq sahəsi, həmin çıxarışa və 16 fevral 2022-ci il tarixli, 405-4018/414 inventar nömrəli texniki pasporta əsasən iddiaçı Zərərçəkmiş şəxs və mərhum X2 mülkiyyətində olan, sahəsi 49,1 kv.m fərdi yaşayış evi iştirakçılar üçün hərracda satılması və satışdan əldə olunan vəsaitin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir. Fərdi yaşayış evi iştirakçılar üçün açıq hərracdan Zərərçəkmiş şəxs satılmışdır. Hazırda Şəxs həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır və evi boşaltmaqdan imtina edir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(054)- 195/2024 nömrəli icra sənədində cavabdeh kimi Şəxs adı qeyd edilsə də, həmin məhkəmə qətnaməsinin nəticə hissəsində barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Yəni, onun faktiki olaraq məlum icra sənədi üzrə hansı öhdəlik və vəzifə daşıması göstərilməmişdir. Habelə, iş materiallarında olan 2(054)-195/2024 nömrəli icra vərəqəsindən aydın olur ki, Şəxs mülki iddianın predmeti olan mənzildən çıxarılması ilə bağlı hər hansı qeyd yoxdur. Belə olan halda Şəxs Oğuz Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(054)- 195/2024 nömrəli icra sənədi üzrə borclu hesab edilərək ondan qətnamənin icra edilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar