Məhkəmə qərarları › İş №3(5-150)-149/2026

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(5-150)-149/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(5-150)-149/2026 19.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, X2 Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 şikayət verərək həmin qərarın ləğv olunmasını və icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X3 vəsatətlə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarına vəsatətə baxılmasının yeri və vaxt barədə bildirilmiş göndərilmiş, lakin proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə vəsatətə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə vəsatəti iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati tənbehvermə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, hazırki qərara münasibətdə şikayət vermə müddəti qərarın rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində müəyyən edilmişdir. İş materiallarında olan X2 şəxsi kabinetindən çıxarışdan görünür ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə onun şəxsi kabinetinə yüklənmişdir. X3 isə qərardan şikayətvermə müddəti bitdikdən 01 ay, 02 gün sonra şikayət vermişdir. X3, şikayətində qərarı xx.xx.2025-ci il tarixdə əldə etdiyini bildirmişdir. Həmin tarix qərarın əldə olunma tarixi kimi qəbul edilsə belə, X3 23 gün sonra şikayət vermişdir. X3 buraxılmış müddətin bərpası barədə vəsatətində şikayətvermə müddətini üzrlü hesab edəcək halları əsaslandırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpası üçün əsaslar olmadığından vəsatət təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X2 Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin olunmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardaddan apellyasiya qaydasında şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar