Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-166/2026 17.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 17 fevral 2026-cı il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 23 dekabr 2025-ci il tarixdə Saatlı şəhəri, H.Əliyev prospektində Şəxs üzərinə baxış keçirilən zaman 0,37 qram qurudulmuş marixuananı satış məqsədi olmadan üzərində saxlamış və daşımışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X5 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Şəxs üzərindən 23 dekabr 2025-ci il tarixdə qanunsuz olaraq bir ədəd siqaret qutusunda təmiz çəkisi 0,37 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Şəxs barəsində İXM-nin 206-cı maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 23 dekabr 2025-ci il tarixdə yaşadığı Beyləqan rayonundan Bakı şəhərinə taksi ilə sərnişin kimi getmiş və avtomobillə Saatlı rayonu ərazisində yerləşən dəmir yolu xəttinin kənarı ilə gedərkən Saatlı RPŞ-nin X13 bölməsinin əməkdaşı onun əyləşdiyi avtomobilə saxlaması üçün işarə etmişdir. Avtomobilin sürücüsü İmran Cəbrayılov avtomobili yolun sağ kənarına çəkib saxlamışdır. Polis əməkdaşları avtomobilə yaxınlaşıb özlərini təqdim etmiş və sürücüyə qayda pozuntusunu izah etdikdən sonra özünü sərxoş vəziyyətdə aparmasını, spirtli içki və yaxud narkotik vasitə istifadə etdiyini soruşmuşlar. Həmin vaxt sürücü İmran Cəbrayılov narkotik vasitə istifadə etdiyini etiraf etmiş və avtomobilində narkotik vasitə olmasını bildirmişdir. Daha sonra, onlar Polis Şöbəsinə getmiş və o, bir ədəd “Winston” markalı siqaret qutusunda narkotik vasitə olan marixuananı təqdim etmiş, narkotik vasitəni öz istifadəsi üçün saxladığını, satış məqsədinin olmadığını və onu həmişə tək istifadə etdiyini bildirmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Törətdiyi əməldən peşman olmasının və 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmasının nəzərə alınaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, Saatlı Rayon Polis Şöbəsinin X13i bölməsi yol-patrul xidməti inspektoru vəzifəsində işləyir. 23 dekabr 2025-ci il tarixdə Saatlı RPŞ-nin DYPB-nin YPX-nin digər əməkdaşları ilə birlikdə xidmətdə olarkən İmran Cəbrayılov idarə etdiyi avtomobillə qayda pozuntusu etdiyi üçün tərəflərindən saxanılmışdır. Həmin vaxt sürücünün davranışları onlarda şübhə yaratdığı üçün spirtli içki və yaxun narkotik vasitə istifadə etdiyini soruşmuşlar. X10 özünün narkotik istifadə etdiyini və avtomobilində də narkotik vasitə olduğunu etiraf etmiş və onlar Saatlı RPŞ-yə getdikdən sonra orada avtomobildə sərnişin olan Şəxs bir ədəd “Winston” markalı siqaret qutusunda narkotik vasitə olan marixuananı təqdim etmiş, narkotik vasitəni öz istifadəsi üçün saxladığını, satış məqsədinin olmadığını və onu həmişə tək istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid X1 digər şahid X6 izahatına uyğun izahat verdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsi tərəfindən verilmiş 24 dekabr 2025-ci il tarixli HK-1/1787 nömrəli ekspet rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “..Şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda təmiz çəkisi – 0,37 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Şəxs məxsus vəsiqələrdən görünür ki, o, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və müvafiq ərazilərin azad olunmasına görə medallar ilə təltif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs bir ədəd bükümdə təmiz çəkisi 0,37 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan üzərində saxlamış və daşımışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin dispozisiyasına görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi vardır və həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısı olması və törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(5-150)-166/2026
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-166/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver