Məhkəmə qərarları › İş №3(5-150)-172/2026

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-172/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-172/2026 05.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Mayıs oğlunun iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Baş Dövlət Yol Polis İdarəsinin Yol- Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 17 fevral 2026-cı il tarixli, İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 17 fevral 2026-cı il tarixdə saat 23:50 radələrində sutkanın qaranlıq vaxtı Hacıqabul-Horadiz yolunun 63-cü km-də Saatlı rayonu Mustafabəyli kənd sakini Şəxs məxsus olan bir baş at heyvan asfalt örtüklü magistral avtomobil yolunda olarkən həmin yolda öz hərəkət zolağında Horadiz istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs Mayıs oğlunun idarə etdiyi “Vaz 21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəymiş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə ümumilikdə 2660 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 17 fevral 2026-cı il tarixdə öz təsarufatına məxsus olan bir baş at heyvanı həyətdə tövlədən ipdən açılaraq nəzarətsiz olaraq Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində saat 23:50 radələrində asfalt örtüklü magistral avtomobil yoluna çıxaraq həmin yolda öz hərəkət zolağında Horadiz istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs Mayıs oğlunun idarə etdiyi “Vaz 21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəymiş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Mayıs oğlu göstərdi ki, 17 fevral 2026-cı il tarixdə saat 23:50 radələrində sutkanın qaranlıq vaxtı Hacıqabul-Horadiz yolunun 63-cü km-də Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində öz hərəkət zolağında Horadiz istiqamətində idarə etdiyi “Vaz 21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun sağ kənarından bir baş at heyvan qəflətən yola çıxmış və həmin heyvan onun idarə etdi avtomobilin sağ kənar hissəsinə dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmasa da, idarə etdiyi avtomobilə 2660 manat məbləğində maddi ziyan dəymiş və hazırki vaxtadək həmin ziyan məbləği ödənilməmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş yol nəqliyyat hadəsəsinin sxemindən görünür ki, 17 fevral 2026-cı il tarixdə saat 23:50 radələrində sutkanın qaranlıq vaxtı Hacıqabul-Horadiz yolunun 63-cü km-də Saatlı rayonu Mustafabəyli kənd sakini Şəxs məxsus olan bir baş at heyvan asfalt örtüklü magistral avtomobil yolunda olarkən həmin yolda öz hərəkət zolağında Horadiz istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs Mayıs oğlunun idarə etdiyi “Vaz 21074” markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsinə dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Avtomobillərə texniki xidmət göstərən fiziki şəxs X2 tərəfindən verilmiş 21 fevral 2026-cı il tarixli, 000030 nömrəli ziyan aktından və dəymiş maddi ziyanın siyahısından görünür ki, “Vaz 21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 2660 manat təşkil etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 17 fevral 2026-cı il tarixdə saat 23:50 radələrində sutkanın qaranlıq vaxtı Hacıqabul-Horadiz yolunun 63-cü km-də Saatlı rayonu Mustafabəyli kənd sakini Şəxs məxsus olan bir baş at heyvan asfalt örtüklü magistral avtomobil yolunda olarkən həmin yolda öz hərəkət zolağında Horadiz istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs Mayıs oğlunun idarə etdiyi “Vaz 21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəymiş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə ümumilikdə 2660 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələbinə görə bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar