Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-196/2026 25.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu Qara Nuru kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 25 fevral 2026-cı il tarixli, MN №2327335 saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(055)-495/2021 saylı icra sənədinin icrası ilə bağlı cəmi 8845 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(055)-495/2021 saylı icra sənədi üzrə borclu Şəxs 18 may 2021-ci il tarixdən başlayaraq X8 və X4 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Şəxs ödənişləri müntəzəm olmayaraq və yetərsiz ödəmiş, Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 3(055)-1083/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilmiş, bundan sonra da heç bir ödəniş etməmişdir. Şəxs icra məmurunun çağırışlarına laqeydlik göstərmiş, bu səbəblə Şəxs gətirilməsi polis vasitəsi ilə mümkün olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(055)- 495/2021 saylı icra sənədi üzrə aliment borcunu əvvəllər tam şəkildə Zərərçəkmiş şəxs xeyrinə ödəmişdir, lakin səhhətində yaranan problemlərə görə son bir neçə ildə ödəniş etməmişdir və nəticədə 8845 manat aliment borcu qalmışdır. İcra sənədi üzrə ödəniş edə bilməməsinin səbəbi maddi vəziyyətinin yaxşı olmaması olmuşdur. Hal-hazırda işləmir və hazırki vəziyyətdə icra sənədi üzrə olan aliment borcunu tələbkara ödəmək iqtidarında deyildir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs son bir neçə il ərzində ümumiyyətlə aliment ödəməkdən boyun qaçırır. O, dəfələrdə Şəxs güzəşt etmiş, sonuncu dəfə 3000 manata qədər borcu ona bağışlamışdır, lakin bundan sonra da Şəxs aliment borcunu ödəməmişdir. Ona görə də icra sənədi üzrə 8845 manat aliment borcunun tam icra olunmasını tələb edir və göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(055)- 495/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs 18 may 2021-ci il tarixdən başlayaraq X8 və X4 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(055)-495/2021 saylı icra sənədi 31 may 2021-cü il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borclu Şəxs 10 gün müddət verilmişdir. İş materiallarına əlavə edilmiş 22 noyabr 2022-ci il tarixli aktdan görünür ki, borclunun və icra məmurlarının iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(055)-495/2021 saylı icra vərəqəsinin icrası ilə bağlı borclu Şəxs əmlakına baxış keçirilmiş və əmlak aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 3(055)-1083/2022 saylı qərarından görünür ki, Şəxs 20 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilib. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(055)-495/2024 saylı icra sənədinin icrası ilə bağlı üzərində ödənilməmiş qalan 8845 manat aliment borcunun tam icra edilməsi üçün icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərəçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: 20 avqust 1996-cı il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 25 fevral 2026-cı il tarixdən saat 16:20 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(5-150)-196/2026
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-196/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver