Məhkəmə qərarları › İş №3(5-150)-218/2026

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-218/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-218/2026 05.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızının sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Saatlı rayonu Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun X20ində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 04 mart 2026-cı il tarixli, MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 mart 2026-cı il tarixdə Saatlı rayonu X20 tam orta məktəbinin qarşısında və məktəbin müəllimlərinin yanında həmin məktəbin müəllimi olan X7 nalayiq söyüşlər söyərək təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X12 izahatında göstərdi ki, Şəxs 04 mart 2026-cı il tarixdə Saatlı rayonu X20 tam orta məktəbinin qarşısında və məktəbin müəllimlərinin yanında həmin məktəbin müəllimi olan X7 nalayiq söyüşlər söyərək təhqir etmişdir. Ona görə də, Şəxs 04 mart 2026-cı il tarixdə inzibati qaydada tutulmuş və barəsində inzibati xəta haqqında 04 mart 2026-cı il tarixli, MN ******* saylı protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 04 mart 2026-cı il tarixdə Saatlı rayon X20 Rasim Səfərov adına kənd tam orta məktəbin 10-cu sinfində oxuyan X14 adlı övladının həmin məktəbdə müəllim işləyən Elçin İbişov tərəfindən döyüldüyünə görə təxminən 18:20 radələrində kəndin sahə rəisi Qorxmaz Mirzəyevə zəng edərək məktəbə gəlməsini xahiş etmiş və özü də məktəbə gəetmişdir. Məktəbin giriş darvazasından içəri girəndə düm ki, Saatlı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Qorxmaz Mirzəyevin, başqa bir nəfər polis əməkdaşının, onlarla birgə məktəbin direktoru İskəndər müəllim, Yaşar müəllim, Mahmud müəllim və Elçin müəllimin də orada olduğunu görmüşdür. Həmin vaxt oğlunu döyən Elçin müəllimi görəndə əsəblərini cilovlaya bilməmiş və onun üzərinə hücum çəkərək uca səslə ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra polis əməkdaşları onu sakitləşdirib nizam intizama dəvət etmişlər. Hərəkətlərindən çox peşmandıq və buna görə üzrxahlıq edir. Söz verir ki, bir daha belə hallara yol verməyəcək. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında göstərdi ki, Qara Nuru tam orta məktəbində müəllim işləyir. Məktəbin həyətində məktəbin direktoru və digər müəllim yoldaşları, Saatlı rayon Polis şöbəsinin əməkdaşları ilə dayanarkən X20 sakini Şəxs məktəbin giriş darvazasından içəri daxil olan kimi üstünə hücum çəkərək uca səslə nalayiq söyüşlərlə onu təhqir etməyə başlamışdır. Ancaq daha sonra Şəxs əməlində peşman olduğunu bildirərək üzrxahlıq etmişdir. Ona görə də, Şəxsdan şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X8 izahatında göstərdi ki, 04 mart 2026-cı il tarixdə təxminən saat 18:20 radələrində Şəxs onun mobil nömrəsinə zəngi əsasında Saatlı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4 ilə birgə Saatlı rayon X20 tam orta məktəbinə getmişlər. Məktəbin həyətində həmin məktəbin direktoru X1, məktəbin müəllimləri Mehdiyev Yaşar, Babazadə Mahmud və İbişov Elçin də orada olmuşlar. Həmin vaxt Şəxs Elçin müəllimi görən kimi onun üzərinə hücum çəkərək uca səslə ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Onlar onu sakitləşdirib nizam intizama dəvət etsələr də buna məhəl qoymamışdır. Odur ki, barəsində qanuni tədbirlərin görülməsi üçün onu rayon Polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında Saatlı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4 digər şahid X2 izahatına uyğun izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, 04 mart 2026-cı il tarixdə təxminən sat 18:20 radələrində Saatlı rayon X20 tam orta məktəbinin həyətində Saatlı rayon Polis şöbəsinin əməkdaşları və məktəbin müəllimləri Mehdiyev Yaşar, Babazadə Mahmud və İbişov Elçin ilə birlikdə dayanarkən X20 sakini Şəxs məktəbin həyətinə daxil olmuş və Elçin müəllimi görən kimi onun üzərinə hücum çəkərək uca səslə ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Polis əməkdaşları və onlar onu sakitləşdirməyə çalışsalar da bu mümkün olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş 04 mart 2026-cı il tarixli inibati qaydada tutma protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04 mart 2026-cı il tarixdə saat 20:10-da inzibati qaydada tutulmuşdur. İşdə olan 05 mart 2026-cı il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin sanksiyasına görə bu maddədə nəzərdə tutulan xətanı törətmiş şəxs əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və sair bu kimi digər halları nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinib 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar