Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-222/2026 18.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 26 fevral 2026-cı il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Saatlı şəhəri, H.Əliyev prospekti 193B ünvanda yerləşən (VÖEN **********) Şəxs MMC-yə məxsus aptekdə 26 fevral 2026-cı il tarixdə saat 15:10-da aptek təşkilatlarına dair tələblərin pozulması faktı müəyyən olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X2» PHŞ 10 fevral 2026-cı il tarixli, 3-28-1/3-2-228/2026 saylı qərarı əsasında 26 fevral 2026cı il tarixdə saat 15:10-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yoxlayıcıları tərəfindən Saatlı şəhəri, H.Əliyev prospekti 193B ünvanda yerləşən Şəxs MMC-yə məxsus aptekdə əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası 11 yanvar 2018-ci il tarixli qərarının 7 və 7.1-ci maddələrinin tələblərinin pozulması halları aşkar edildikdən sonra yoxlayıcılar əşyaların və sənədlərin götürülməsi haqqında prtokol və pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktını tərtib etmişlər. Bundan sonra hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu məhkəməyə göndərilmişdir. Ona görə də hüquqi şəxsin barəsində inzibati xəta haqqında tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3 məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola dair etirazı yoxdur. Təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməməsinin üzürlü hesab edilərək işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərar qəbil edərkən barələrində İXM-nin 452.3-cü maddəsinin aşağı həddində cərimə təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X2» PHŞ 10 fevral 2026-cı il tarixli, 3-28-1/3-2-228/2026 saylı qərarından və yoxlama suallarının siyahısından görünür ki, Saatlı şəhəri, H.Əliyev prospekti 193B ünvanda yerləşən Şəxs MMC-yə məxsus aptekdə planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərar qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 fevral 2026-cı il tarixli əşyaların və sənədlərin götürülməsi haqqında prtokoldan və pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama akt formasından görünür ki, Saatlı şəhəri, H.Əliyev prospekti 193B ünvanda yerləşən Şəxs MMC-yə məxsus aptekdə 26 fevral 2026-cı il tarixdə saat 15:10-da aptek təşkilatlarına dair tələblərin pozulması faktı müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Saatlı şəhəri, H.Əliyev prospekti 193B ünvanda yerləşən Şəxs MMC-yə məxsus aptekdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Saatlı şəhəri, H.Əliyev prospekti 193B ünvanda yerləşən Şəxs MMC-yə məxsus aptekdə 26 fevral 2026-cı il tarixdə saat 15:10da aptek təşkilatlarına dair tələblərin pozulması faktı inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası 11 yanvar 2018-ci il tarixli qərarının 7 və 7.1-ci maddələrinə əsasən aptek təşkilatlarında dərman vasitələrinin saxlanılması və keyfiyyətinin təmin edilməsi məqsədi ilə aptekdə bu tələblərə və etibarlı saxlama təcrübəsinin tələblərinə uyğun saxlama şəraiti yaradılmalı, dərman vasitələri farmakoterapevtik qruplar üzrə, fiziki-kimyəvi və toksikoloji xüsusiyyətləri nəzərə alınmaqla, istifadə təlimatlarında və ya dərman vasitəsinin qablaşdırıldığı qabın üzərində göstərilmiş saxlanma şəraitinə uyğun olaraq digər təyinatlı mallardan ayrıca saxlanılmalıdır. Bioloji aktiv qida məhsulları onlar üçün ayrılmış ayrıca rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb Şəxs barəsində inzibati tənbeh növündə cərimə cəzasının aşağı həddinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Saatlı şəhəri, H.Əliyev prospekti 193B ünvanda yerləşən Şəxs (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(5-150)-222/2026
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-222/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver