Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-237/2026 11.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Füzuli rayonunun Çuvarlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 09 mart 2026-cı il tarixli İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 09 mart 2026cı il tarixdə saat 05:35 radələrində Saatlı rayonu ərazisindən keçən Hacıqabul-Horadiz magistral yolunun 68 km-də sürücülük hüququ olmadan etibarnamə ilə “VAZ 21011” markalı 12BB107 dövlət nömrə nişanlı minik avtomobilini idarə edərkən yolun əks istiqamətində sürücü X1 idarə etdiyi “DAF” markalı 10CF098 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində xəsarət alan olmasa da sürücü X1 idarə etdiyi nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 09 mart 2026-cı il tarixdə saat 05:35 radələrində yağışlı hava şəraitində yaşadığı Füzuli rayonundan Sabirabad rayonunda xəstəxanada olan bacısının yanına sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi “VAZ 21011” markalı 12BB107 dövlət nömrə nişanlı minik avtomobili ilə gedərkən Saatlı rayonu ərazisindən keçən Hacıqabul-Horadiz magistral yolunun 68 km-də onunla eyni istiqamətdə qarşıda hərəkətdə olan avtomobilin qəfil dayanmasına görə dərhal avtomobilinin əyləcinı sıxmış, lakin həmin vaxt yolun sürüşkən olması səbəbindən avtomobilinin idarə etməsini itirmiş və əks istiqamətli hərəkət zolağında hərəkətdə olan nəqliyyat vasitəsini görmədiyindən avtomobilini əks istiqamətli hərəkət zolağına çıxarmış, nəticədə “DAF” markalı 10CF098 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin qabaq hissəsi ilə onun avtomobili toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində xəsarət alan olmasa da sürücü X1 idarə etdiyi “DAF” markalı 10CF098 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırda etdiyi əməldən peşmandır, bir daha sürücülük hüququ olmadan avtomobili idarə etməyəcəyinə söz verir və vurduğu ziyanı tam ödəməyə imkanı olmasa da iki dəfəyə hissə-hissə olmaqla zərərçəkənə ödəyəcəkdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə zərər çəkmiş şəxs X2 məlumat verilməsinə baxmayaraq zərər çəkmiş şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə baxışı iclasında iştirak etməmiş və işə baxılmasının təxirə alınması haqqında ondan məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 09 mart 2026-cı il tarixdə saat 05:35 radələrində sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi “VAZ 21011” markalı 12BB107 dövlət nömrə nişanlı minik avtomobili yağışlı hava şəraitində Saatlı rayonu ərazisindən keçən Hacıqabul-Horadiz magistral yolunun 68 km-də idarə edərkən onunla eyni istiqamətdə qarşıda hərəkətdə olan avtomobilin qəfil dayanmasına görə dərhal avtomobilinin əyləcini sıxmış, lakin həmin vaxt yolun sürüşkən olması səbəbindən avtomobilinin idarə etməsini itirərək avtomobilini əks istiqamətli hərəkət zolağına çıxarmış, nəticədə “DAF” markalı 10CF098 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə onun avtomobili toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində xəsarət alan olmasa da sürücü X1 idarə etdiyi “DAF” markalı 10CF098 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünü etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 06:304, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxxxx 1989-cu il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(5-150)-237/2026
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-237/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver