Məhkəmə qərarları › İş №3(5-150)-238/2026

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-238/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-238/2026 11.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Saatlı rayonu Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş materiala, Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 11 mart 2026-cı il tarixli İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 02 fevral 2026-cı il tarixdə gecə saat 09 radələrində sürücü Şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayonu Qara Nuru kəndi ərazisində yolun ehtiyyat hissəsindən geriyə dönüş edərək əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozub idarə etdiyi avtomobilin sol orta hissəsini Sarıcalar kənd istiqamətində öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü X2 idarə etdiyi “Mercedes Benz E 240” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşdurmuş, nəticədə özü həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almış və “Mercedes Benz E 240” markalı avtomobilin sürücüsü Zamin Cavadova 2895 manat maddi ziyan vurmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X4 göstərdi ki, Saatlı rayonu YNH-nin baş inspektoru vəzifəsində işləyir. 02 fevral 2026-cı il tarixdə gecə saat 09 radələrində sürücü Şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayonu Qara Nuru kəndi ərazisində yolun ehtiyyat hissəsindən geriyə dönüş edərək əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozub idarə etdiyi avtomobilin sol orta hissəsini Sarıcalar kənd istiqamətində öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü X2 idarə etdiyi “Mercedes Benz E 240” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşdurmuş, nəticədə özü həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almış və “Mercedes Benz E 240” markalı avtomobilin sürücüsü Zamin Cavadova 2895 manat maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından 28 fevral 2026-cı il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərar əsasında tərəfindən Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 02 fevral 2026-cı il tarixdə gecə saat 09 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayonu Qara Nuru kəndi ərazisində yolun ehtiyyat hissəsindən geriyə dönüş edərək əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozub idarə etdiyi avtomobilin sol orta hissəsini Sarıcalar kənd istiqamətində öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü X2 idarə etdiyi “Mercedes Benz E 240” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşdurmuş, nəticədə özü həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almış və “Mercedes Benz E 240” markalı avtomobilin sürücüsü Zamin Cavadova 2895 manat maddi ziyan vurulduğu müəyyən olunmuşdur. Bu səbəbdən də onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri inzibati xəta törətmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar