Məhkəmə qərarları › İş №3(5-150)-52/2026

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-52/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-52/2026 23.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 510 və 206-cı maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 30 oktyabr 2025-ci il tarixdə Saatlı rayon ərazisində qanunsuz olaraq 1,47 qram narkotik vaistə olan qurudulmuş marixuana əldə edərək, saxlamış və nəlayiq söyüşlər söyüb ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkəti etmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 206-cı maddələri ilə inzibati xəta haqqında 23 yanvar 2026-cı il tarixli MN № ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Şəxs 30 oktyabr 2025-ci il tarixdə Saatlı rayon ərazisində qanunsuz olaraq 1,47 qram narkotik vaistə olan qurudulmuş marixuana əldə edərək, saxlamış və xırda xuliqanlıq hərəkəti etmiş. Bununla əlaqədar Saatlı RPŞ-nin əməkdaşları Saatlı RPŞ-nə raportla müraciət etmiş və onun tərəfindən Şəxs barəsində İXM-in 510 və 206-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 30 oktyabr 2025-ci il tarixdə Saatlı rayon ərazisində uca səslə danışaraq nəlayiq söyüşlər söyərkən polis əməkdaşları ona yaxınlaşaraq sakitliyə dəvət etmişlər. Sonra isə, onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərinə baxış keçirərkən ona məxsus olan siqaret paçkasında narkotik vaistəsi aşkar olunmuşdur. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis serjantı, X5 izahatında göstərdi ki, 30 oktyabr 2025-ci il tarixdə saat 19:40 radələrində Saatlı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Məhərrəm Səfərli və polis nəfəri, polis serjantı Sübhan Məmmədov ilə birlikdə Saatlı şəhəri, A.Abuzərov küçəsində xidmətdə olan zaman iki nəfər şəxsin birlikdə hərəkət etdiklərini və onların ucadan ünvansız nalayiq ifadələr işlətdiyini müşahidə etmiş və həmin şəxslərə yaxınlaşıb özlərini teqdim etmişlər. Onların Saatlı şəhər sakinləri Şəxs və X6 olduqlarını müəyyən etmişlər. Bundan sonra onların davranışlarını sənədləşdirmək üçün həmin şəxsləri Saatlı RPŞ-yə dəvət etmişlər. Saatlı RPŞ-nin inzibati binasında Növbətçi Hissəsinin qarşısında təhlükəsizlik tədbiri kimi həmin şəxslərə üzərlərində gəzdirilməsi qanunla qadağan edilmiş əşya, predmet və ya kəsici deşici alət olub-olmadığı soruşulduqda həmin vaxt Şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd "ARGO" markalı və həmin gödəkçəsinin sol yan cibindən isə bir ədəd "WİNCHESTR" markalı siqaret qutuları təqdim etmiş və təqdim etdiyi əşyalardan başqa üzərində heç bir qeyri-qanuni əşya olmadığını Şəxs bildirmişdir. Bu zaman Şəxs "WİNCHESTR" markalı siqaret qutusunda normal siqaret olduğunu, "ARGO" markalı siqaret qutusunda isə öz istifadəsi üçün "nəşə" olduğunu bildirmişdir. Bu zaman onlar, yəni polis əməkdaşları Şəxs təqdim etdiyi siqaret qutularına baxış keçirən zaman həqiqətən də onun təqdim etdiyi iki siqaret qutusundan birinin, yəni "WİNCHESTR" markalı siqaret qutusunun içərisində bir neçə ədəd siqaret olduğunu, digərində isə, yəni "ARGO" markalı siqaret qutusunun içərisində isə narkotik vasitə hesab edilən marixuanaya bənzər yaşıl rəngli xüsusi qoxuya məxsus kütlə olduğunu müşahidə etmişlər. Şəxs yenidən həmin kütlənin nə olduğunu soruşduqda o, "ARGO" markalı siqaret qutusunun içərisində öz istifadəsi üçün əldə etdiyi "nəşə" olduğunu bildirmişdir. Bu barədə raportla rəhbərliyə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, 30 oktyabr 2025-ci il tarixdə saat 19:00-20:00 radələrində Saatlı rayon ərazisində Şəxs ilə birlikdə uca səslə danışaraq nəlayiq söyüşlər söyərkən polis əməkdaşları onlara yaxınlaşaraq sakitliyə dəvət etmişlər. Sonra isə, onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərilərinə baxış keçirərkən Şəxs məxsus olan siqaret paçkasında narkotik vaistəsi aşkar olunmuşdur. Şəxs polis əməkdaşları saxladılar, onu isə cərimə etdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli HK-1/1539 nömrəli ekspet rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...imza Şəxs...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd siqaret qutusunda təmiz çəkisi – 1,47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri dinləyərək və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 30 oktyabr 2025-ci il tarixdə Saatlı rayon ərazisində qanunsuz olaraq 1,47 qram narkotik vaistə olan qurudulmuş marixuana əldə edərək, saxlamış və nəlayiq söyüşlər söyüb ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkəti etmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 206-cı maddəsinin dispozisiyasına görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən prosessual qənaət prinsipindən irəli gələrək, İXM-in 34.2-ci maddəsi bir neçə inzbati xətaya dair işlərin məcmusunun eyni və ya müxtəlif vaxtlarda törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını, İXM-in 34.3-cü maddəsi isə şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətadan daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 206-cı maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 206-cı maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmaması nəzərə alaraq barəsində təqsirli bilindiyi İXM-in 206-cı maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 23 yanvar 2026-cı il tarixdən saat 15:05 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar