Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-74/2026 03.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Əhmədbəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 03 fevral 2026-cı il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli 2(004)-230/2014 saylı icra sənədinə əsasən 2400 manat aliment borcunu ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli 2(004)-230/2014 saylı icra sənədi yenidən icra olunması üçün Saatlı Rayon İcra və Probasiya Şöbəsinə göndərildikdən sonra 200 manat aliment ödəmiş, lakin maddi vəziyətinin pis olması və heç bir yerdə işləməməsi səbəbindən həmin icra sənədi üzrə ödənilməmiş qalan 2400 manat aliment borcunu tələbkar X2 xeyrinə ödəməmiş, halhazırda da həmin borcu ödəmək iqtidarında deyildir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli, 2(004)- 230/2014 saylı icra sənədi həmin məhkəmənin 30 avqust 2024-cü il tarixli məktubu ilə yenidən icra olunması üçün Saatlı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcaatında olan həmin icra səndi üzrə məcburi icra tədbirləri aparmaqla borclunun qeydiyyatda olduğu ünvanda əmlakına baxış keçirmiş, heç bir əmlak aşkar olunmamış, həmçinin də borclu Şəxs faktiki yaşadığı yeri (ünvanı) müəyyən etmək mümkün olmamışıdır. Ona görə də 27 yanvar 2025-ci il tarixində borclunun barəsində qəbul etdiyi axtarış elan edilməsinə dair qərarı icra olunması üçün Saatlı rayon Polis Şöbəsinə göndərmiş, bu gün borclu saxlanılaraq Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş və ondan izahat alınmış, lakin borclu Şəxs maddi vəziyyətini əsas gətirərək icra sənədi üzrə ödənilməmiş qalan 2400 manat aliment borcunu tələbkar X2 xeyrinə ödəməkdən imtina etmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli 2(004)-230/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs 02 sentyabr 2013-cü il tarixdən başlayaraq hər ay iki uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 xeyrinə ödəməlidir. İşdə olan borclunun axtarışı haqqında 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 1976-cı il təvəllüdlü, Saatlı rayonu Əhmədbəyli kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Saatlı rayon Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2014-cü il tarixli 2(004)-230/2014 saylı icra sənədinə əsasən 2400 manat aliment borcunu tələbkar X2 xeyrinə ödəməkdən yayınaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 03 fevral 2026-cı il tarixdən saat 17:20 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(5-150)-74/2026
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-74/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver