Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-95/2026 05.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Zərərçəkmiş şəxs, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 23 oktyabr 1988-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİİ qrup əlil, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 05 fevral 2026-cı il tarixli, MN № ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(106)-1249 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və hazırda üzərində ödənilməmiş 1910 manat borc qalmışdır. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(106)-1249 saylı icra sənədi üzrə borclu Şəxs iki nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 11 yanvar 2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit məbləğdə aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Şəxs iki uşağın saxlanması üçün ödəməli olduğu 300 manat alimentdən hər ay 250 manatı həm özünün, həm də anasının pensiyasından ödəmiş, qalan ödənilməyən aliment məbləği isə yığılaraq hazırda 1910 manat olmuşdur. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 1910 manat alimentin borcunun ona tam ödənilməsini tələb edir, lakin Şəxs həmin borcu ödəmək iqtidarında olmadığını bildirmişdir. Ona görə də Şəxs barəsində hazırki inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(06)-1249 saylı icra sənədi üzrə iki nəfər uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün 11 yanvar 2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit məbləğdə alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. O, heç bir yerdə işləmir, şəkər xəstəsidir və İİİ qrup əlil kimi 180 manat pensiya alır. Hər ay aldığı pensiyasını tam şəkildə və anasının pensiyasından da əldə etməklə ümumilikdə 250 manat pulu aliment olaraq tələbkara ödəmiş, lakin qalan məbləği ödəyə bilmədiyindən həmin aliment borcu artaraq 1910 manat olmuşdur. O, həmin borcu da bir dəfəyə ödəyə bilmir, amma bu ilin avqust ayından sonra böyük uşağı on səkkiz yaşını tamam etdikdən sonra hər ay ödəməli olduğu 150 manat alimentin əvəzinə 250 manat ödəməklə ödənilməmiş qalan 1910 manat aliment borcunu hissə-hissə tam ödəyib qurtara bilər. Bundan başqa, bu gün də həmin aliment borcundan 100 manat ödəniş etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(106)-1249 saylı icra sənədi üzrə Şəxs iki nəfər uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay ödəməli olduğu 300 manat alimentdən 250 manatı ödəmiş, lakin alimentin qalan məbləğini ödəmədiyi ücün 1910 manat aliment borcu ödənilməmiş qalmışdır. O, dəfələrlə Şəxs güzəşt etsə də, ödənilməmiş qalan aliment məbləği ona ödənilməmişdir. Bu gün isə Şəxs anası həmin aliment borcundan 100 manat pulu onun kart hesabına köçürmüşdür. Hesab edir ki, Şəxs valideynlərinin maddi köməkliyi ilə 1910 manat aliment borcunu tam ödəyə bilər. Ona görə də icra sənədi üzrə ödənilməmiş qalan aliment borcunun tam icra olunmasını tələb edir və göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(106)-1249 saylı icra sənədindən görünür ki, borclu Şəxs 11 avqust 2008-ci ildə doğulmuş X1 və 12 may 2011-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 11 yanvar 2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit məbləğdə alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(106)-1249 saylı icra sənədi 02 noyabr 2023-cü il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borclu Şəxs 10 gün müddət verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Şəxs İİİ qrup əlil kimi 180 manat pensiya alır. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə ki, işin araşdırlan halları ilə müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(06)-1249 saylı icra sənədi üzrə üzrə iki uşağın saxlanması üçün ödəməli olduğu 300 manat aliment borcundan hər ay 250 manat ödəniş etmiş, lakin hazırki vaxtadək aliment borcundan 1910 manat aliment ödənilməmiş qalmış, bu gün həmin borcdan 100 manat ödəniş etmiş, qalan məbləgi bir dəfəyə ödəməyə imkanı olmadığını, amma bu ilin avqust ayından sonra hissə-hissə olmaqla tam ödəyib qurtaracağına söz vermişdir. Belə olan halda icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(5-150)-95/2026
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-95/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver