Məhkəmə qərarları › İş №3(5-150)-96/2026

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-96/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-96/2026 18.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti Muğan Regional X7 İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti Muğan Regional X7 İdarəsi tərəfindən tərtib edilmiş 14 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, 14 yanvar 2026-cı il tarixdə Saatlı rayonu Seyidlər kəndində yerləşən plastik qapı-pəncərə sexində keçirilən planlı YTM zamanı sahibkar tərəfindən yanğın texniki müayinə keçirilməsinə şərait yaradılmamışdır. Buna görə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti Muğan Regional X7 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti Muğan Regional X7 İdarəsinin nümayəndəsi X8 izahatında bildirdi ki, Saatlı rayonu Seyidlər kəndində yerləşən plastik qapı-pəncərə sexində sahibkarlıq obyektində Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin çıxarışına və Yanğın-Texniki müayinə aparılması haqqında qərara əsasən planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmuşdur. Bunula bağlı, Yanğın-Texniki müayinə aparılması haqqında xx.xx.2025-ci il tarixli, 3-18-75/Q- 3660/2025 nömrəli qərar X2 poçt vasitəsilə göndərilmişdir. Bundan başqa, X3 ilə telefon əlaqəsi saxlanılmış və ona məxsus obyektə baxış keçiriləcəyi bildirilmişdir. xx.xx.2026-cı il tarixdə X2 məxsus Saatlı rayonu Seyidlər kəndində yerləşən plastik qapı-pəncərə sexinə baxış keçirilmək üçün əraziyə getmişlər. Orada da, bir daha X3 ilə əlaqə saxlanılaraq sexə gəlməsini və baxışın keçirilməsinə şərait yaradılması xahiş olmuş, lakin sonuncu həmin yerə gəlməmişdir. Buna görə də, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. X1 qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxsin nümayəndəsi X3 izahatında bildirdi ki, Saatlı rayonu Seyidlər kəndində yerləşən plastik qapı-pəncərə sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Lakin ziyan etdiyindən hazırda sex işləmir. Həqiqətən də, X7 İdarəsinin nümayəndəsi ona zəng edərək sexə gəlməsini bildirmişdir. Lakin həmin vaxt onun başqa işi olduğundan sexə getməmişdir. Onun inzibati xəta haqqında protokoldan xəbəri olmamışdır. O, yalnız məhkəmədən bildiriş daxil olduqdan sonra barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati protokol tərtib edildiyini öyrənmişdir. Qeyd olunan inzibati protokolla razılaşılmır. Belə ki, ona məxsus olan sex fəaliyyət göstərmir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yanğın-Texniki müayinə aparılması haqqında xx.xx.2025-ci il tarixli, 3-18-75/Q- 3660/2025 nömrəli qərardan görünür ki, Saatlı rayonu Seyidlər kəndində yerləşən plastik qapı-pəncərə sexində xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək planlı yoxlamanın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti Muğan Regional X7 İdarəsi tərəfindən təqdim olunmuş videodiskdən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti Muğan Regional X7 İdarəsinin böyük inspektoru, daxili xidmət mayoru X8, Saatlı rayonu Seyidlər kəndində yerləşən plastik qapı-pəncərə sexində Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən daxil olmuş “Çıxarışa” (KY**********) əsasən yanğın texniki müayinə keçirmək üçün sexə baxış keçirmək istəsə də, lakin sexin sahibi şərait yaratmadığı üçün yanğın texniki yoxlama keçirmək mümkün olmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 07 yanvar 2026-cı il tarixli çıxarışdan görünür ki, Saatlı rayonu Seyidlər kəndində yerləşən plastik qapı-pəncərə sexində plan üzrə xx.xx.2026-cı il tarixdən xx.xx.2026-cı il tarixədək plan üzrə yoxlama keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, X3 vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X1 əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X1 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə X3 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, X3 törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin ən aşağı həddində tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 602.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar