Məhkəmə qərarları › İş №3(5-151)-10/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-10/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-10/2026 07.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Sabirabad Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta işi üzrə icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bərdə rayonu Mollaisalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Bərdə rayonu Mollaisalar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2399324№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN2399324№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə, Hüseynov X3 xəta əməlləri törətməsində təqsirli bilinir ona görə ki, o, xx.xx.2026-cı il tarixdə Sabirabad rayonunda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar izahatının alınması üçün RPŞ-yə dəvət olunan zaman, o, bu hala etiraz edərək, uca səslə ünvansız nalayiq ifadələr işlədib, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq polis şöbəsinə gəlməkdən imtina etdiyi üçün, onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510 və 535.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xəta əməlləri törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərində özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, polis əməkdaşlarına hörmətsizlik və tabesizlik göstərməmişdir. Belə ki, xx.xx.2026-cı il tarixində Sabirabad rayonunda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar izahatının alınması üçün RPŞ-yə dəvət olunarkən, o, bu hala etiraz edib, uca səslə ünvansız nalayiq ifadələr işlədən zaman, polis əməkdaşları onu sakitləşdirib, nizam intizama dəvət edərkən, o, bu halla barışıb və polis əməkdaşlarına hörmət naminə onların qanuni tələblərinə tabe olaraq sakitləşmişdir. Hesab edir ki, onun əməllərində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edirəm ki, hazırki iş üzrə barəsində inzibati icraat aparılan Şəxs əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, lakin onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, İXM-nın 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, İXM-nın 535.1ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixində izahatının alınması üçün RPŞ-yə dəvət olunarkən, o, bu hala etiraz edərək, uca səslə ünvansız nalayiq ifadələr işlədən zaman, polis əməkdaşları onu sakitləşdirib, nizam intizama dəvət edərkən, o, bu halla barışıb və polis əməkdaşlarına hörmət naminə onların qanuni tələblərinə tabe olaraq sakitləşmişdir. Göründüyü kimi Şəxs ictimai qaydanı pozduğu və cəmiyyətə hörmətsizlik göstərdiyini dərk edərək və bunu arzu etmişdir. Bununla da o, bu hərəkətləri ilə İXM-nın 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xəta əməli törətmişdir. Eyni zamanda məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmiş, yəni onun İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması hərəkətinin nədə ifadə olunması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti törədilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırki iş üzrə barəsində iş ürə icraat aparılan şəxsin izahatından görünür ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxsin polis işçilərinin hər hansı bir qanuni tələbinə qəsdən tabe olmaması faktı müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşları nizam-intizama dəvət etdikdən sonra, o, öz hərəkətlərini davam etdirməmiş və onlara tabeçilik nümayiş etdirərək sakitləşmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda istinad olunan inzibati xəlar məcəlləsinin normalarının tələbləri baxımdan hesab edirəm ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən «onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabeçilik etməmə» halı üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Buna görə də hesab edir ki, Şəxs əməllərində İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadıqda, həmin maddə ilə o inzibati məsuliyyətdən azad olunmalı və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Eyni zamanda Şəxs İXM-nın 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün izahatı ilə yanaşı, inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 510-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 510-cu maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İXM-nın 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 510-cu maddəsi ilə inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 510-cu maddəsinin sanksiyası həddində 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı . Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN2399324№-li inzibati xəta haqqında Protokola əsasən Hüseynov X3 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN2399324№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs əməllərində İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan maddə ilə onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar