Məhkəmə qərarları › İş №3(5-151)-102/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(5-151)-102/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(5-151)-102/2026 28.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlu, Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə qanunsuz ov silahı aşkar olunaraq götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Əsədli kəndi ərazisində qanunsuz ov edərək ov qaydalarını pozmuşdur. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasını istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə (bundan sonra-İXM) uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən eyni vaxtda törədildiyindən bir icraatda baxılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106- 109-ci maddələrini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Şəxs İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(5-151)- 100/2026 saylı inzibati işə 3(5-151)-102/2026 saylı inzibati iş birləşdirilsin və həmin işlərə eyni vaxtda baxılsın. İşə 28 yanvar 2026-cı il tarixdə saat 0950-də Sabirabad Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə baxılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar