Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(5-151)-103/2026 16.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlu, X2 tərəfindən Sabirabad Rayon Polisi X9 Polisi Bölməsinin tərtib etdiyi xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2026-xx.xx.2026-cı il tarixlərində Sabirabad RPŞ YPX əməkdaşları tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini, avtomobilin duracağa aparılmasının və istifadəsinin məhdudlaşdırılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsini və cavabdeh orqanın hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X2 tərəfindən Sabirabad Rayon Polisi X9 Polisi Bölməsinin barəsində tərtib etdiyi xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə protokoldan deyil, qərardan şikayət verilməsi hüququ göstərilmiş, həmçinin belə şikayətə baxılması qaydası öz əksini tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Sabirabad Rayon Polisi X9 Polisi Bölməsinin barəsində tərtib etdiyi xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X4 qaytarılsın. X1 Sabirabad Rayon Polisi Şöbəsinin X3 barəsində qəbul etdiyi qərarı və həmin qərarın onun tərəfindən hansı tarixdə əldə edilməsinə dair sənədi şikayətə əlavə edərək yenidən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. HAKİM : Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(5-151)-103/2026
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(5-151)-103/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver