Məhkəmə qərarları › İş №3(5-151)-105/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-105/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-105/2026 16.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 16 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 16 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Burfanov X6 Rayon Məhkəməsinin 25 oktyabr 2013-cü il tarixli 2(056)-618/2013 saylı, 01 sentyabr 2014-cü il tarixli 2(056)-890/2014 saylı, 08 may 2015-ci il tarixli 2(056)- 957/2015 saylı, 15 mart 2023-cü il tarixli 2(056)-470/2023 saylı, 16 yanvar 2024-cü il tarixli e-2(056)-202/2024-019 saylı, 06 mart 2024-cü il tarixli e-2(056)-656/2024-014 saylı, 14 may 2024-cü il tarixli 2(056)-1254/2024-008 saylı, 09 dekabr 2024-cü il tarixli e-2(056)- 2217/2024-016 saylı, 29 aprel 2025-ci il tarixli e-2(056)-812/2025-007 saylı, 12 iyun 2025ci il tarixli e-2(056)-1208/2025-019 saylı icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun izahat verərək Şəxs Sabirabad Rayon Məhkəməsinin 25 oktyabr 2013-cü il tarixli 2(056)-618/2013 saylı, 01 sentyabr 2014-cü il tarixli 2(056)-890/2014 saylı, 08 may 2015ci il tarixli 2(056)-957/2015 saylı, 15 mart 2023-cü il tarixli 2(056)-470/2023 saylı, 16 yanvar 2024-cü il tarixli e-2(056)-202/2024-019 saylı, 06 mart 2024-cü il tarixli e-2(056)- 656/2024-014 saylı, 09 dekabr 2024-cü il tarixli e-2(056)-2217/2024-016 saylı, 29 aprel 2025-ci il tarixli e-2(056)-812/2025-007 saylı, 12 iyun 2025-ci il tarixli e-2(056)-1208/2025- 019 saylı icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini bildirmişdir. Həmçinin 14 may 2024-cü il tarixli 2(056)-1254/2024-008 saylı icra sənədi üzrə ödənilməmiş aliment məbləğinin 7050 manat təşkil etdiyini, digər icra sənədləri üzrə isə 96053 manat borcunu ödəmədiyini qeyd edərək, şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, barəsində tərtib edilmiş 16 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla tanışdır. Həmin protokolda qeyd olunan Sabirabad Rayon Məhkəməsinin icra sənədlərini maddi imkansızlığından icra etməmişdir. Əvəllər 14 may 2024-cü il tarixli 2(056)-1254/2024-008 saylı icra sənədi üzrə aliment borcundan ödəsə də, son vaxtlar aliment ödəyə bilmir. O, başa düşür ki, xx.xx.2010-cu il təvəllüdlü X5 və 24 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün aliment ödəməli və digər icra sənədləri üzrə borcunu ödəməlidir. Lakin daimi iş yerinin olmaması və daimi gəlirlərinin olmamasından nə alimenti vaxtı-vaxtında, nədə ki, digər borclarını ödəyə bilir. Hazırda işə yeni düzəlib. Ona aliment borcunu və digər borclarını ödəməsi üçün möhlət verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabirabad Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(056)-1254/2024-008 saylı icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X9 və 24 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat aliment Şəxs tutularaq X3 verilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sabirabad Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(056)-1254/2024-008 saylı icra vərəqəsi üzrə icraat başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Tələbin könüllü icras haqqında” bildirişdən görünür ki, borclu Şəxs Sabirabad Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(056)-1254/2024-008 saylı icra vərəqəsi üzrə borcunun ödənilməsi barədə məlumat verilmişdir. Sabirabad Rayon Məhkəməsinin 25 oktyabr 2013-cü il tarixli 2(056)-618/2013 saylı, 01 sentyabr 2014-cü il tarixli 2(056)-890/2014 saylı, 08 may 2015-ci il tarixli 2(056)- 957/2015 saylı, 15 mart 2023-cü il tarixli 2(056)-470/2023 saylı, 16 yanvar 2024-cü il tarixli e-2(056)-202/2024-019 saylı, 06 mart 2024-cü il tarixli e-2(056)-656/2024-014 saylı, 09 dekabr 2024-cü il tarixli e-2(056)-2217/2024-016 saylı, 29 aprel 2025-ci il tarixli e-2(056)- 812/2025-007 saylı, 12 iyun 2025-ci il tarixli e-2(056)-1208/2025-019 saylı icra sənədlərindən və digər materiallardan görünür ki, borclu Şəxs qeyd olunan icra sənədləri üzrə borclarını ödəməmişdir. Borclu Şəxs 16 yanvar 2026-ci il tarixdə Sabirabad Rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatından görünür ki, Sabirabad Rayon Məhkəməsinin 14 may 2024cü il tarixli 2(056)-1254/2024-008 saylı icra sənədi üzrə aliment borcunun ödəməməsinin səbəbi kimi işsiz və xəstə olması qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında işləməməsini əsas gətirərək borclarını ödəyə bilmədiyini göstərsə də, məhkəmə onun işləməsinə mane olan hər hansı xəstəliyini aşkar etməmiş, hər bir halda uşaqlarının saxlanılmasının valideynin ən mühüm vəzifələrindən biri olmasını nəzərə almışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs 01 il 08 aya yaxın müddət keçməsinə baxmayaraq bu günədək aliment borcunu tam ödəməmiş və onun 7050 manat aliment borcu qalmışdır. Bu da Şəxs valideyn olaraq uşaqlarının qarşısında olan vəzifələrinə, Dövlət adından çıxarılmış məhkəmə aktına, o cümlədən, onun barəsində görülən bütün tədbirlərə laqeyd və saymazyana münasibətinin təzahürüdür. Göründüyü kimi, Şəxs aliment məbləğinin və digər borclarının icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs dövlət adından çıxarılmış məhkəmə qərarlarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası daxilində ədalətli inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 16 yanvar 2026-cı il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Sabirabad Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar