Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-140/2026 02.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X14 oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə Nərimanov rayonu, X19 küçəsində yolun sağ tərəfində taksi fəaliyyəti ilə məşğul olarkən müştəri düşürtmüş və bu təxmini 5-10 saniyə çəkmişdir. İXM-nin 346.4-cü maddəsi ilə 80 manat məbləğində cərimə tətbiq edilmişdir. Müştərini düşürtmək üçün başqa bir yer olmamışdır. Heç bir nəqliyyat vasitəsinə maneçilik törətməmişdir. X4 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, şikayətçi və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə şikayətçi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş fotoşəkili tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X11 barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənheh vermə haqqında xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 xx.xx.2026-cı il tarixdə, saat 15:41-də X19 küçəsində “TOYOTA AQUA HİBRİD minik” markalı, 99HQ432 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgədə dayanaraq AR İXMnin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Elektron qərarın əlavəsi olan fotoşəkildən də görünür ki, “TOYOTA AQUA HİBRİD minik” markalı, 99HQ432 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsinin kənarında dayanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X8 barəsində xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 52-ci maddəsinin İV-İ bəndinə əsasən Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır.. Göründüyü kimi, qanunvericiliyə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. İş materialları ilə də konkret olaraq müəyyən edilmişdir ki, X11 istifadəsində olan “TOYOTA AQUA HİBRİD minik” markalı, 99HQ432 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2026-cı il tarixdə, saat 15:41-də X19 küçəsində yolun hərəkət hissəsinin kənarında nəqliyyat vasitəsini dayandıraraq sərnişin düşürmüşdür.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə-səksən manat məbləğində cərimə edilir. Məhkəmə həmçinin təqdim edilmiş fotoşəkili tədqiq edərək “TOYOTA AQUA HİBRİD minik” markalı, 99HQ432 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 AR İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinin məhkəməyə təqdim edilmiş fotoşəkil ilə müəyyən edildiyini nəzərə alaraq onun əməlində həmin maddənin tərkibinin olması qənaətinə gəlir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Odur ki, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X8 İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş X17 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Cəfərov İş №3(056)504/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Sabirabad Rayon Məhkəməsi 22 iyul 2025-ci il Sabirabad rayonu Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, X1 iştirakı ilə, X6 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin Xİİ Tağım YPX-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 14:30-da açıldı. Hakim məhkəmə iclasını açır və X6 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin Xİİ Tağım YPX-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxıldığını elan edir. Sədrlik edən məhkəmə iclasının fasiləsiz audioyazının aparılması və audioyazı barədə məlumatın məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında protokola əlavə edilməsi barədə xəbərdar edir. Proses iştirakçısı məhkəmə iclasının fasiləsiz audioyazısının aparılmasına etiraz etmədiyini bildirir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsini yoxlayır, məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Katib məruzə edərək bildirir ki, X3 məhkəmə iclasına gəlmiş, lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin Xİİ Tağım YPX-nə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Hakim məhkəmə iclasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin Xİİ Tağım YPX-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsi məsələsini müzakirə edir. Hakim yerinə müşavirə edib qərara alır: məhkəmə iclası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin Xİİ Tağım YPX-nin nümayəndəsinin iştirakı olmadan keçirilsin. Hakim məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir. Hakim: Cəfərov Cavid Zahid oğlu Katib: Əliyev Ələkbər Əlisahib oğlu Hakim məhkəmə tərkibinə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu izah edir. Etiraz daxil olmadı. Hakim prosess iştirakçısının şəxsiyyətini müəyyən edir. Şikayətçi: X10, 05 may 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sabirabad rayonu, Nərimankənd kəndində qeydiyyatda olan Hakim məhkəmə iclası iştirakçılarına hüquq və vəzifələrini izah edir. X3:-Hüquq və vəzifələrim mənə aydındır. Hakim işə baxılmasının mahiyyəti üzrə başlanmasını bildirir. Hakim X3na söz verir. X3: Hörmətli Hakim! xx.xx.2025-ci il tarixində Sabirabad rayonu ərazisində yerləşən (Şirvan istiqamətində yerləşən) Stasionar postda dayandırılaraq istifadə etdiyim **-ML-*** dövlət nömrə qeydiyyat nişanlı “X16” markalı avtomobilimə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat dəyərində barəmdə cərimə tərtib olunmuşdur. Təqsirli bilindiyim maddənin tələblərindəki hansı bəndi pozduğumu soruşduğumda Sabirabad rayonu Şəhriyar kənd ərazisində yerləşən yola nəzarət kamerasında texniki vasitə ilə aşkar edilmiş yol hərəkəti əleyhinə inzibati xəta törətdiyimi bildirdi. Qeyd edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməli olduğu halda heç bir sübut olan elektron şəxsi kabinetinə foto, video və ya digər maddi sübutlar yerləşdirilməmişdir. İlk öncə o, tətbiq edilən inzibati xətanın düzgün sənədləşdirilmədiyini bildirmək istəyirəm. Çünki mən həmin maddənin tələblərini pozmuş olsa idim belə onu saxlayıb inzibati protokol tərtib etməkləri İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinə əsasən yolverilməzdir. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. İkincisi isə, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq qeyd edilən cərimənin yazılması əsassızdır. İnzibati xətanın olduğu ərazidə həmin Qanunun 61-ci maddəsinə əsasən yol nişanlarının sutkanın hər bir vaxtı fərləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. İnzibati xətanın olduğu yerdə 3.20 ötmə qadağandır yol nişanı quraşdırılmamışdır. Buna istinadən hələ də yolun bi az əvvəlində yerləşən ötməni qadağan edən yol nişanının təsir dairəsinin bitdiyi 3.21 nömrə nişanının təsir dairəsindədir. Buna istinadən həmin Qanunun 61-ci maddəsinin Vİ-İ-ci bəndinə əsasən, eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Əlaəv olaraq bildirir ki, inzibati xətanın olduğu ərazidə həmin Qanunun 69-cu maddəsinə əsasən. Yol nişanlarının sutkanın hər bir vaxtı fərləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. Yuxarıda qeyd edilən maddənin tələblərinə əsasən sözügedən istiqamətdə yolun nişanlanması 1.1 və ya 1.3 olduğu qəti surətdə anlaşılmır. Yenə eyni qaydada 69-cu maddəsinin İİ-İ hissəsinə əsasən, eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xəttlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla, nişanlama xəttləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti niaşnlama xəttləri ilə digər nişanlama xəttlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xəttlərinə üstünlük verilməlidir. Qeyd olunanlara əsaslanaraq barəmdə olan inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş edirəm. Sədrlik edən s/c X10: Bəli, hesab edirəm qərar qanun tələblərinə zidd olaraq qəbul edilmişdir. Hakim inzibati iş üzrə tərəfin izahatını dinlədikdən sonra inzibati material üzrə işin hallarını müəyyən edir və təqdim olunmuş sənədlər ilə tanış olur. Hakim işdə iştirak edən şəxsin məhkəmə araşdırmasının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutları işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermənin qaydası və müddəti izah olunur. Məhkəmə iclası saat 14:45-də bağlı elan olunur. SƏDRLİK EDƏN: KATİB:
Məhkəmə qərarları › İş №3(5-151)-140/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-140/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver