Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-153/2026 29.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Rüstəmov Rəşad Akif oğlunun katibliyi ilə, xx.xx.1991-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Din Baş DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP7529293nömrəli protokol və protokol üzrə toplanmış material Sabirabad Rayon Məhkəməsinə daxil olmuşdur. Daxil olmuş xx.xx.2025-ci il tarixli İXP7529293nömrəli protokoldan görünür ki, Şəxs «BYD X3in Hibrid Minik» markalı **-UD-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Qanunun tələblərini pozaraq, yol hərəkəti qaydaları əlehinə olan inzibati xətanın törədilməsinə görə qəbul olunmuş EQ29056845 nömrəli inzibati tənbeh vermə haqqında cərimə qərarının qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində cəriməni ödəməmişdir. X1 əldə olunmuş məlumatları nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs EQ29056845 nömrəli inzibati tənbeh vermə haqqında Qərarla barəsində tətbiq edilmiş cəriməni tam ödədiyi üçün və bununla da onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandığından, onun İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Din Baş DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP7529293 nömrəli protokol əsasında barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Din Baş DYPİ tərəfindən xx.xx.2025ci il tarixli İXP7529293 nömrəli protokolun tərtib olunması üçün səbəb, Şəxs yol hərəkəti qaydaları əlehinə olan inzibati xətanın törətməsinə görə qəbul olunmuş EQ29056845 nömrəli inzibati tənbeh vermə haqqında cərimə qərarının qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməməsi (tətbiq edilmiş cəriməni ödəmədiyi) olmuşdur. X1 əldə olunmuş məlumatlardan görünür ki, Şəxs barəsində qəbul olunmuş EQ29056845 nömrəli inzibati tənbeh vermə haqqında qərarla tətbiq edilmiş inzibati cərimə (müvafiq halda hesablanmış dəbbə pulunu) borcunu tam şəkildə ödəmişdir. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. X2 Məcəlləsinin 529.3-cü maddəsinin “Qeyd” hissəsinə və X1 əldə olunmuş məlumatlara əsaslanaraq hesab edir ki, Şəxs EQ29056845 nömrəli inzibati tənbeh vermə haqqında Qərarla barəsində tətbiq edilmiş cəriməni tam ödədiyi üçün, onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Din Baş DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP7529293 nömrəli protokol əsasında onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 118 və 145 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs EQ29056845 nömrəli inzibati tənbeh vermə haqqında Qərarla barəsində tətbiq edilmiş cəriməni tam ödədiyi üçün, onun İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Din Baş DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP7529293 nömrəli protokol əsasında barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-151)-153/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-153/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver