Məhkəmə qərarları › İş №3(5-151)-199/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-199/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-199/2026 26.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakimi Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, protokolu tərtib etmiş şəxs - Sabirabad rayon RP.-nin Qaragüney Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında işi üzrə icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sabirabad rayon Qaragüney kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2399424№-li və MN2399425№-li Protokollara və inzibati xəta haqqında iş üzrə toplanmış materiallara Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon RPŞ-nin X4 sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN2399424№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs İXM-nın 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində təqsirləndirilir ona görə ki, o, narkotik tərkibli çətənə (kannabis) bitkisi qudurulmuş marixunadan istifadə etmişdir. Sabirabad rayon RPŞ-nin X4 sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN2399425№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs İXM-nın 510 və 535.1-ci maddələri ilə nəzərdə tutlmuş inzibati xəta əməllərinin törətməsində təqsirləndirilir ona görə ki, Qaragüney kənd sakini İ.F.Vəliyev onun barəsində etdiyi şikayətlə bağlı izahatının alınması üçün Sabirabad rayon RPŞ-nin X5 dəvət olunarkən, o, bu hala etiraz edərək X2rşısında şikayətçinin ünvanına uca səslə nalayiq ifadələr işlədən zaman, polis əməkdaşları onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozan qanunsuz əməllərini davam etdirmişdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN2399424№-li və MN2399425№-li inzibati xəta haqqında Protokollara eyni vaxtda baxılması məqsədilə 3(5-151)-198/2026№-li və 3(5- 151)-199/2026№-li inzibati xəta haqqında işlərin bir icraatda birləşdirilməsi və işlərə 3(5-151)-199/2026 nömrə altında bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xəta əməllərini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materialla əlavə edilmiş “Cinayət işi başlanmasının rədd olunması haqqında” 26 yanvar 2026-cı tarixli Qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X8 Tibbi Yoxlamanın xx.xx.2026-cı il tarixli 540№-li rəyində Şəxs yoxlaması zamanı “kannabionidlərin” qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş ekspress-test üsulu ilə götürülmüş sidik nümunəsindən THC+Aşkar olunmuş narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs narkotik vasitə qudurulmuş marixunadan istifadə etmişdir. İXM-nın 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırılması həmçinin o da müəyyən olunmuşdur ki, Qaragüney kənd sakini İ.F.Vəliyev tərəfindən Şəxs barəsində etdiyi şikayətlə bağlı, Şəxs izahatının alınması üçün Sabirabad rayon RPŞ-nin X5 dəvət olunarkən o, bu hala etiraz edərək X2rşısında şikayətçinin ünvanına uca səslə nalayiq ifadələr işlədən zaman, polis əməkdaşları onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozan qanunsuz əməllərini davam etdirmişdir. İXM-nın 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 206, 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 206, 510 və 535.1-ci maddələrinin daha ciddi xətaya görə, yəni İXM-nın 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nın 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə İXM-nın 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta əməlləri törətmiş Şəxs həmin maddələrinin daha ciddi xətaya görə, yəni İXM-nın 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi İXM-nın 206-cı maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətinə “həbs” növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN2399424№-li və MN2399425№-li inzibati xəta haqqında Protokollara əsasən Əvəz Aydın oğlu X6 Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməkdə təqsirli bilinsin və onun barəsində, həmin maddələrin daha ciddi xətaya görə, yəni İXM-nın 206-cı maddəsinə əsasən 15 (on beş) gün müddətinə “həbs” növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı xx.xx.2026-cı il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar