Məhkəmə qərarları › İş №3(5-151)-226/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(5-151)-226/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(5-151)-226/2026 09.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xİİ X9 Xidmətinin inspektoru X1 xx.xx.2025-ci il tarixli, TP7661102 saylı, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xİİ X9 Xidmətinin inspektoru X1 xx.xx.2025-ci il tarixli TP7661102 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda X4 ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinə baxılmadan, geri qaytarılmasını xahiş etmişdir. X3 ərizəsini nəzərə alıb hesab edirəm ki, N.Ə.Kərimovun şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Xll X9 Xidmətinin inspektoru X1 xx.xx.2025-ci il tarixli TP7661102 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar