Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-23/2026 08.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə «Mercedes C220 CDİ minik» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində İXM-in 329.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan EQ 30246491 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin xətaya görə cərimə edilmişdir. Lakin Şəxs barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətlərini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Asanpay ödəniş sistemində yoxlama aparılarkən müəyyən edilmişdir ki, Şəxs EQ 30246491 nömrəli inzibati protokol üzrə hesablanmış cəriməni və dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs inzibaiti xəta üzrə cəriməni və dəbbə pulunu tam ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs müvafiq vəsaiti ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, EQ 30246491 saylı protokol üzrə cərimə və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərаrın surəti rəsmi qаydаdа verildiyi vаxtdаn 10 (оn) gün müddətində Sabirabad Rаyоn Məhkəməsi vаsitəsi ilə Şirvan Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-151)-23/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-23/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver