Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-232/2026 19.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlu, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X4 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X3 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1 və 215.4-cü maddələri ilə 15 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən 15 yanvar 2026-cı il tarixdə saat 15:17-də Sabirabad r., H.Əliyev prospekti, 132 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadankənar, ginekoloji, terapevtik, rentgenoloji və s. İş və fəaliyyəti ilə məşğul olması və sertifikatsız praktik tibb fəaliyyəti ilə məşğul olması fakti aşkarlanmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X4 nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 15 yanvar 2026-cı il tarixdə saat 15:17-də Sabirabad r., H.Əliyev prospekti, 132 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadankənar, ginekoloji, terapevtik, rentgenoloji və s. İş və fəaliyyəti ilə məşğul olması və sertifikatsız praktik tibb fəaliyyəti ilə məşğul olması fakti aşkarlanmışdır. Mövcud olan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən əməkdaşları tərəfindən akt tərtib edilmiş, çəkilmiş fotoşəkillər və digər materiallar akta əlavə edilmişdir. MMC barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X1” X6 tərəfindən tərtib edilmiş 15 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 15 yanvar 2026-cı il tarixdə saat 15:17-də Sabirabad r., H.Əliyev prospekti, 132 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadankənar, ginekoloji, terapevtik, rentgenoloji və s. İş və fəaliyyəti ilə məşğul olması və sertifikatsız praktik tibb fəaliyyəti ilə məşğul olması fakti aşkar olunmuş, bununla da Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X1” X6 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 24 dekabr 2025-ci il tarixli bildirişdən görünür ki, MMC-nin fəaliyyət ünvanı Sabirabad şəhəri, H.Əliyev prospekti 132-də yerləşən obyektdə xx.xx.2026 – xx.xx.2026-cı il tarixlərində plan üzrə (növbəti) yoxlama keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1nin 15 yanvar 2026-cı il tarixli, T-011 nömrəli özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktından görünür ki, yoxlama zamanı MMC-də lisenziyadan kənar iş, fəaliyyət və xidmət: ginekoloji, terapevtik, rentgenoloji və həmçinin sertifikatsız praktik tibb fəaliyyəti aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X1” Publik hüquqi şəxslərə daxil olmuş məlumatdan görünür ki, Şəxs MMC-yə yalnız ambulator tibbi xidmət göstərmək üçün lisenziya verilmiş, həmin tibbi xidmət üzrə göstərilən işlər sırasında isə ginekoloji, terapevtik, rentgenoloji xidmətlər nəzərdə tutulmamış, MMC-yə yalnız şüa diaqnostikası, ultrasəs müayinəsi, laboratoriya, klinik, klinik-biokimyəvi və immunogenetik işlər üzrə ambulator tibbi xidmət göstərmək lisenziyası verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC Sabirabad şəhəri, H.Əliyev prospekti 132 ünvanda yerləşən MMC-yə məxsus müəssisədə lisenziyadan kənar ginekoloji, terapevtik, rentgenoloji iş və fəaliyyət, sertifikatsız tibbi praktiki fəaliyyət ilə məşğul olunmuş, yoxlama zamanı qeyd edilən faktlar aşkar edilmiş, aşkar edilmiş faktlar sənədləşdirilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 215.1-ci maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, iş materiallarına əlavə edilmiş fotoşəkillər və aktlar ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXMnin 215.4-cü maddəsi ilə barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(5-151)-232/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-232/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver