Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-252/2026 17.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edimiş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, İXP7777680 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00-da idarə etdiyi “KAMAZ 55111” yük markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Sabirabad rayonu, Qalağayın kənd ərazisində yol nəqliyyat hadisəsi törətməklə “Xəzər LX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Xəzər LX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər X3 AĞİR, Zərərçəkmiş şəxs2 isə sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər almışlar. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və zərərçəkən Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati işə sonların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxlərə barışdığını bildirərək məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hava yağışlı olduğundan ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi baş vermişdir. Hazırda Şəxsla barışdığını ona qarşı şikayətinin olmadığını bildirirərək məhkəmədən onun barəsində daha yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 623 nömrəli rəyindən görünür ki. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər döş qəfəsinin və sol bazu nahiyəsinin qapalı əziyi küt əşyanın/ əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 621 nömrəli rəyindən görünür ki. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər -sol 5-6-7-8- 9-10-cu qabırğaların minimal yerdəyişən sınıqları , sol tərəfli travmatik pnevmotoraks küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir. əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 07 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Şəxs zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı tamamən aradan qalırılması və eləcə də qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq barəsində cinayət işi başlanılması rədd edilmiş, o, bəraətverməyən əsaslarla cinayət məsuliyyətindən azad edilmişdir. Sürücü Şəxs hərəkətində AR İXM-nin 327.1-ci və 327.8-ci maddələrinin tərkibi olduğundan, onun barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin DYPB-nə verilmişdir. Sabirabad RPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP7777680 saylı protokoldan görünür ki, Şəxs 07 dekabr 2025-ci il tarixdə, saat 21:00-da idarə etdiyi “Kamaz 55111” markalı, 19BK229 dövlət qeydiyyat nişanlı yük avtomobillə Sabirabad rayonu, Qalağayın kənd yolunda yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaqla “Khazar LX” markalı, 11BH162 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs1 ağır, avtomobilində olan sərnişin Ş.Bayramov isə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(5-151)-252/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-252/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver