Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-253/2026 10.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, xx.xx.1980-ci il tarixdə Sabirabad rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabirabad rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli İXP7784442№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayonu Polis İdarəsinin Dövlət X9 YNH üzrə Polis X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli İXP7784442№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə, Şəxs xx.xx.2026-cı il tarixdə özünə məxsus xırda buynuzlu mal-qaranı Qaralar kəndi ərazisində yolun asvalt örtüklü hissəsinə ötürdüyü zaman həmin yolda hərəkətdə olan X1 idarə etdiyi “Mercedes-Benz E-240” minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə həmin avtomobil zədələnərək X1 əmlakına maddi zərər dəymiş, bununla da X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 338.7-ci maddəsində nəzərdə tutulmuş (m.338.5.2 mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi) inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İnzibati xəta haqqında Protokolu tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirakını təmin etməmişlər, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət təqdim etməmişlər. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsaslanaraq xx.xx.2026-cıil tarixli İXP7784442№-li İnzibati xəta haqqında Protokol üzrə materiala inzibati xəta haqqında iş üzrə icraat tərəflərinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cıil tarixli İXP7784442№-li Protokolu, əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs xx.xx.2026-cı il tarixdə özünə məxsus xırda buynuzlu mal-qaranı yolun digər tərəfinə ötürdüyü zaman həmin yolda hərəkətdə olan X1 idarə etdiyi “Mercedes-Benz E-240” minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə həmin avtomobil zədələnərək X1 əmlakına maddi zərər dəymiş, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati İXM-nın 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübuta yetirilmişdir, onun törətdiyi əməl İXM-nin 338.7-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 338.7-ci maddəsinə əsasən - bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar (m.338.5.2.-mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində iş üzrə icraat başlanmış Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsi ilə göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-nın 32.1.1-ci maddəsinə əsaslanaraq Şəxs əməlindən səmimi peşmançılığını onun məsuliyyətinin yüngülləşdirən halları kimi qiymətləndirilir. Barəsində iş üzrə icraat başlanmış şəxs Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli İXP7784442№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər
Məhkəmə qərarları › İş №3(5-151)-253/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-253/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver