Məhkəmə qərarları › İş №3(5-151)-256/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(5-151)-256/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(5-151)-256/2026 04.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, X1 xx.xx.2026-cı il tarixli, GP 36687512 inzibati xəta haqqında protokola etirazına baxaraq, MÜƏYYƏN ETDİM: X1 xx.xx.2026-cı il tarixli, GP 36687512 inzibati xəta haqqında protokola etiraz tərtib edərək məhkəməyə müraciət etmişdir. Etirazın məzmunundan da göründüyü kimi, etiraz X1 barəsində İXM-nin 338.7-ci maddəsi ilə tərtib edilmiş protokolla bağlıdır. Qeyd edilən maddə üzrə inzibati işlərə baxmaq səlahiyyəti məhkəməyə aiddir. Belə olan halda, X2 izah edilməlidir ki, inzibati araşdırmaya dair hər hansı etirazı vardırsa, barəsində İXM-nin 338.7-ci maddəsi ilə məhkəmədə icraata aparılan zaman icraatı aparacaq hakimə təqdim edilməli və onun etirazı iş materialı ilə birgə araşdırılmalıdır. Qanunvericilikdə isə inzibati xəta haqqında protokola etiraza ayrıca icraat formasında baxılam qaydası müəyyən edilməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 xx.xx.2026-cı il tarixli, GP 36687512 inzibati xəta haqqında protokola etirazı ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 xx.xx.2026-cı il tarixli, GP 36687512 inzibati xəta haqqında protokola etirazı geri qaytarılsın. Qərardaddan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar