Məhkəmə qərarları › İş №3(5-151)-260/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-260/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-260/2026 04.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Sabirabad rayonu, Əsədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Sabirabad rayonu, Əsədli kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə 04 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 04 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-729/2025 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimata uyğun izahat verərərk bildirdi ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs olan 6250 manat borcundan 1500 manat ödəmək istədiyini bildirmiş və Zərərçəkmiş şəxs borcunu tam tələb etdiyindən ödənilən vəsait Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürüləcəkdir. Şəxs veriləcək inzibati tənbehi məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, uzun müddətdir ki işləmir. Bu səbəbdən ödəniş edə bilmirdi. Zərərçəkmiş şəxs 6250 manat borcundan bu gün 1500 manatını ödəyəcəkdir. Borcunun qalan hissəsini gələcəkdə hər ay 300-400 manat aldığı əmək haqqından ödəyəcəyinə söz verir. Zərərçəkmiş şəxs 6250 manat pul vəsaitini ondan tam tələb etdiyindən ödədiyi 1500 manat pul vəsaiti icra xidmətinin depozit hesabına köçürülməlidir. Göstərdiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-729/2025 saylı icra sənədi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona 6250 manat borcu qalmışdır. Hazırda həmin pulu tam tələb edir və borcun hissə-hissə ödənilməsinə razı deyildir. Bu səbəbdən də, göstərdiklrəini nəzərə alaraq Şəxs ona olan borcunun tam ödənilməsinin təmin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-729/2025 saylı icra vərəqəsindən görünür ki: 1.İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Əsədova (Həsənova) Afət Tahir qızına qarşı birgə nikah dövründə əldə edilmiş **-ZE-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009-cu il, boz gümüşü rəngdə, şassi: WSM**********0376, tentli “Schimtz S 01” markalı yarımqoşqunun 12500 manat dəyərini və 1/4 hissəsinin 6250 olmasını iddiaçı Zərərçəkmiş şəxs etiraf edir; 2.Cavabdeh Əsədova (Həsənova) Afət Tahir qızı iddiaçı Zərərçəkmiş şəxs birgə nikah dövründə əldə edilmiş **-ZE-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009-cu il, boz gümüşü rəngdə, şassi: WSM**********0376, tentli “Schimtz S 01” markalı yarımqoşqu üzrə 1/2 hissədə pay hüququnun əvəzi olaraq 6250 manat məbləğində pul vermək öhdəliyini üzərinə götürür; 3.İddiaçı Zərərçəkmiş şəxs 6250 manat məbləğində pul müqabilində 1/2 hissədə pay hüququndan imtina edir, gələcəkdə **-ZE-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009-cu il, boz gümüşü rəngdə, şassi: WSM**********0376, tentli “Schimtz S 01” markalı yarımqoşquya dair heç bir iddia tələbi etməyəciyi öhdəliyini üzərinə götürür; 4.Şirvan Apellyasiya Məhkəməsinin barışıq sazişi təsdiq edilməsindən sonra 1 ay müddətində icra edilməsini Əsədova (Həsənova) Afət Tahir qızı öhdəliyinə götürür; 5.İddiaçı Zərərçəkmiş şəxs hazırki mülki mübahisəni sülh yolu ilə həll etmək məqsədi ilə tələbindən imtina edir və tərəflər iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlama haqqında” 16 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-729/2025 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və qərarın icrası üçün Şəxs tələbin könüllü icrası üçün 10 gün müddət verilmişdir. 18 dekabr 2025-ci il tarixli tələbin könüllü icrası barədə bildirişindən görünür ki, Şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-729/2025 saylı icra vərəqəsi əsasında çıxarılmış 16 dekabr 2025-ci il tarixli qərarın 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. 19 yanvar 2026-cı il tarixli inzibati məsuliyyətə cəlb olunması haqqında xəbərdarlıq məktubundan görünür ki, Şəxs bildirilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-729/2025 saylı icra sənədini icra etmədiyi halda müvafiq məhkəməyə müraciət olunacaqdır. "Elektron icra" informasiya sisteminin çıxarışından görünür ki, Şəxs "xxxx" MMCdə qablaşdırıcı (əl ilə) işləyir və 762 manat əmək haqqı alır. Məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, Əsədova X3 Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına 1500 manat ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Belə ki, Şəxs tələb olunan məbləğdən az əmək haqqı aldığından icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməmiş, lakin buna baxmayaraq hazırda Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına 1500 manat ödəniş etmiş, məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır. Belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs zərərçəkmiş şəxsə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin ¼ hissəsi həddində ödəniş etməsi və borcunu tam ödəməsi üçün yetərincə gəlirinin olmaması öz təsdiqini tapdığından, bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXMnin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar