Məhkəmə qərarları › İş №3(5-151)-268/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-268/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-268/2026 24.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikası Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31385383 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31433463 saylı inzibati tənbeh vermə haqqında qərarlardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş X9 İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, EQ 31385383 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31433463 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatdadır. Lakin Azərbaycan ərazisində yaşamır. Belə ki, o, Rusiya Federasiyasında yaşayır və orada işləyir. Məhkəmənin nəzərəinə çatdırır ki, o, Azərbaycan ərazisində olmayaolmaya xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə ona cərimə tətbiq edilmişdir. Onun isə bu cərimələrlə ümumiyyətlə əlaqəsi yoxdur. Həmin faktı təsdiq edəcək pasportunun giriş-çıxış möhürü vardır. O, xx.xx.2024-cü il tarixində Azərbaycana gəlmiş və xx.xx.2024-cü il tarixində isə yenidən Rusiya Federasiyasına qayıtmışdır. Barəsində əsassız yazılmış göstərilən inzibati xətalar üzrə tarixlərdə o, ümumiyyətlə Azərbaycan Respublikası ərazisində olmamışdır. Həmin avtomobili isə qardaşı idarə etmişdir. O, ümumiyyətlə Azərbaycan sürücülük vəsiqəsi ilə avtomobil idarə etməmişdir. Lakin adına Azərbaycan Respublikası adına sürücülük vəsiqəsi vardır. Bundan başqa, onun adına Rusiya Federasiyasına aid sürücülük vəsiqəsi vardır. Lakin adına yazılan 20 bal qardaşının törətdiyi inzibati xətaya görə yığılmışdır. İnzibati xəta törətməsinə səbəb isə sürət həddini keçmişdir. Həmin xətalara dair cərimələr bütövlüklə ödənilmişdir. Lakin ballar yerində qalmışdır. Buna görə də onun sürücülük vəsiqəsi məhdudlaşdırılmışdır. X1 və Baş X9i İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E 240 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. Şikayətə əlavə edilmiş Xİİ tağımın sənədin rəsmi verilməsinə dair kötüyündən görünür ki, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə X4 xx.xx.2025-ci il tarixli, EQ 31385383 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31433463 saylı inzibati tənbeh vermə haqqında qərarlarla İXM-nin 332.3-cü maddəsi ilə endirimlə hər qərara görə 360 manat cərimə tətbiq olunmuşdur. Şikayətə həmçinin X4 məxsus sürücülük vəsiqəsi əlavə edilmişdir. Şikayətə əlavə edilmiş X4 məxsus Rusiya Federasiyası Pasportuna vurulmuş möhürlərdən görünür ki, X5 xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2024-cü il tarixində Rusiya Federasiyasına qayıtmış, 2101.2026-cı il tarixində yenidən Azərbaycan Respublikasına gəlmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X5 xx.xx.2025-ci il tarixində hazırda mübahisələndirdiyi qərardan elektron qaydada BDYPİ-nə də şikayət etmiş, şikayəti gözləmə statusunda qalmaqdadır. Həmçinin təqdim edilmiş sənədlərdən görünür ki, Nəcəf Mahmudlu sahibkarla avtomobilin kimin idarə edib xəta törətməsi ilə bağlı vatsapp yazışmaları və danışıqları həyata keçirmiş, eyni zamanda xx.xx.2025-ci il tarixində istifadəsində **-PQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını, həmin avtomobillə inzibati xəta törətməsini və cərimə olunmasını bildirərək məhkəməyə həmin tənbehlə bağlı müvafiq sənədləri təqdim etmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Beləliklə, məhkəmə şikayətçinin göstərdiyi xüsusatları və yuxarıda sadalanmış hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, hazırda mübahisələndirilən qərar ləğv edilməli, şikayətçi barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş materialları faktiki xətanı törətmiş şəxs barəsində inzibati icraatın aparılması üçün aidiyyəti üzrə BDYP-nə göndərilməlidir. Belə ki, şikayətə əlavə edilmiş sənədlərlə də təsdiq olunur ki, şikayət vermiş şəxs barəsində mübahisələndirilən qərarlar qəbul edilərkən o, Azərbaycan Respublikası ərazisində olmamışdır. Azərbaycan Respublikası ərazisində olmayan şəxsin hüququ məhdudlaşdırılmış şəxs qismində nəqliyyat vasitəsini idarə edilməsinə görə tənbeh edilməsi qanuni hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda və 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. DİN Baş X9i İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nın 332.3-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31385383 saylı, xx.xx.2025-ci il tarixli, EQ 31433463 saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin. X5 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş materialları faktiki xətanı törətmiş şəxs barəsində inzibati icraatın aparılması üçün aidiyyəti üzrə BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar