Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-299/2026 18.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş Şəxs VÖEN: (**********) barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokola görə Şəxs X5 İdarəsi tərəfindən təqdim edilmiş 1093 saylı yazılı göstərişi tam və vaxtında icra etməmiş və bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş X5 İdarəsi və barəsində inzibati xəta haqqında icraat başlanmış şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə İXM-nın 61.3 və 64.3-cü maddələrinə əsaslanaraq hesab edir ki, inzibati materiala tərəflərin iştirakı olmadan da baxıla bilər. Məhkəmə inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* saylı protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-nın 428.7.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi vardır və onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları xx.xx.2026-cı il tarixində Sabirabad rayonu Bulaqlı kəndində yerləşən “Bulaqlı Restoran” adlı obyektin qarşısında Şəxs tərəfindən açıq məkanda müvafiq icrazə sənədi olmadan reklam yayımlanmasını aşkar etmiş, bu barədə 1141 saylı akt tərtib edilmiş, xx.xx.2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin rəisi Məcid Əlizadə Şəxs 11-3-7/2-070/2025 saylı bildiriş göndərmiş, həmin bildirişdə onun “Bulaqlı Restoran” adlı obyektin qarşısında açıq məkanda müvafiq icrazə sənədi olmadan reklam yayımlaması vurğulanmış və bu halların qarşısının alınması məqsədi ilə tərəflərindən bu bildiriş məktubuna əlavə olaraq açıq məkandan qanunsuz olaraq yayımlanan reklamın təsvir olunması barədə 1141 saylı akt və açıq məkandan reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılması 1093 saylı yazılı göstərişin göndərildiyi, bu bildiriş məktubu, akt və yazılış göstərişin təqdim edildiyi gündən 5 gün ərzində açıq məkanda qanunsuz reklam yayımlanmasının aradan qaldırılmasının (açıq məkanda reklam yayımlanmasına görə müvafiq icrazə sənədinin alınması və ya reklamların demontaj edilməsi) təmin edilməsi qeyd edilmiş, əks halda İXM-nın 428.7.3-cü maddəsi ilə barəsində protokol tərtib ediləcəyi vurğulanmışdır. 1093 saylı yazılı göstərişdən isə görünür ki, Sabirabad rayonu Bulaqlı kəndində yerləşən “Bulaqlı Restoran” adlı obyektin qarşısında yerləşdirilmiş və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsinə əsasən icazə alınması tələb edilməyən reklamın (reklamların) 5 gün ərzində adıçəkilən Qanunun və qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması barədə Şəxs göstəriş verilmiş, əks halda İXM-nın 428.7.3-cü maddəsi ilə barəsində protokol tərtib ediləcəyi vurğulanmışdır. Xəbərnamədən məlum olmuşdur ki, bildiriş məktubu və qeyd edilmiş ona əlavə edilmiş akt və yazılı göstəriş Şəxs tərəfindən xx.xx.2026-cı il tarixində qəbul edilmişdir. Həmçinin əlavə edilmiş fotoşəkildən görünür ki, “Bulaqlı Restoran” adlı obyektin qarşısında reklam yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nın 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, “Reklam haqqında” Qanunun 26.1 və 26.2-ci maddələrinə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanı verir.http://www.eqanun.az/alpidata/framework/data/30/c_f_30348.htm Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. İXM-in 428.7-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs ********** saylı VÖEN-ə malik olan fiziki şəxsdir. Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinə əsasən, Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, fiziki şəxs Şəxs vəzifəli şəxs hesab edildiyindən, vəzifəli şəxs olaraq onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş minimum məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 1500 (bir min beşyüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-151)-299/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-299/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver