Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-341/2026 10.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin İTB-nın sahə rəisi X1, barəsində inzibati xəta işi üzrə icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Sabirabad rayonu Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Sabirabad rayonu Şıxsalahlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2726604№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin İTB-nın sahə rəisi Bünyadov Fərahim tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN2726604№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Sabirabad rayonu Şıxsalahlı kənd sakini Şəxs xx.xx.2026-cı il tarixdə Lent.az xəbər saytının İnternet informasiya ehtiyatında ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai qaydanı pozmuşdur. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2026-cı il tarixli MN2726604№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 510.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlinin törətməsində özünü təqsirli bilmiş və izahatında əməlindən peşman olduğunu göstərmişdir. Qeyd ediləri nəzərə alaraq onun barəsində başlamış inzibat xəta haqqında icrata yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Sabirabad rayonu sakini Şəxs xx.xx.2026-cı il tarixdə Lent.az xəbər saytının İnternet informasiya ehtiyatında ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin etdiyi və əxlaqsız ifadələr səsləndirərək ictimai qaydanı pozmuşdur. İXM-nin 510.2-ci maddəsinə əsasən, İnternet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı nəzrdən keçirib hesab edirəm ki, Şəxs İXM-nın 510.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi, barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli MN2726604№-li protokolla və inzibati xəta haqqında iş üzrə materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 510.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 510.2-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 510.2-ci maddəsi ilə inzibati xəta əməlini törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 510.2-ci maddəsinin sanksiyası həddində 01 (bir ) ay müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN2726604№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 510.2cumaddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətində “həbs” növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı xx.xx.2026-cı il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-151)-341/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-341/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver