Məhkəmə qərarları › İş №3(5-151)-363/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-363/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-363/2026 16.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində iş üzrə inzibati icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Sabirabad rayonundan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabirabad rayonu H.Həmidov küçəsi ev 132-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN2322121№-li inzibati xəta haqqında Protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN2322121№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə görə Əliyev X1 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-155/2025 saylı icra vərəqini üzürsüz səbəbdən icra etməyərək, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi səbəbindən Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında Protokol əsasında qəbul edilmiş Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(056)-1849/2025 saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə icra vərəqini üzürsüz səbəbdən icra etməyərək, bununla da İXMnın 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı (icra sənədini üzürsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir) təkrar törətmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, borclu 2025-ci ilin oktyabr ayında 200 manat ödəniş etmiş, həmçinin tərəfindən hazırkı protokol tərtib edildikdən sonra üzərində olan borcdan da 200 manat ödəmək niyyətindədir. Məhkənə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(056)-155/2025 saylı icra vərəqi əsasında ondan tələb olunan vəsait hesabına 2025-ci ilin oktyabr ayında 200 manat ödəniş etmiş, hazırda da 200 manat ödəmək niyyətindədir. O, işsiz olduğu üçün birbaşa ödəniş edə bilmir. Eyni zamanda borcunu ödəməkdən də yayınmır, çalışır ki borcunu tam şəkildə ödəsin. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-155/2025 saylı icra vərəqinə əsasən 6080 manat məbləğində pul vəsaiti borclu Şəxs tutularaq X2 ödənilməsi tələb olunur. İXM-nın 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibinin yaranması ücün onun dispozitiv əlamətlərindən biri eyni icra sənədinə münasibətdə icra vərəqini üzürsüz səbəbdən təkrarən icra etməyərək, bununla da İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı (icra sənədini üzürsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir) təkrar törətməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclu Şəxs icra vərəqi əsasında ondan tələb olunan vəsait hesabına 2025-ci ilin oktyabr ayında 200 manat ödəniş etməsi, hazırda da 200 manat ödəmək niyyətində olması halları onun tərəfindən icra sənədinin üzürsüz səbəbdən qərəzli olaraq icra edilməməsi kimi qiymətlədirə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə inzibati xəta hadisəsi mövcud olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2026-cı il tarixli MN2322121№-li inzibati xəta haqqında Protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığı üçün Şəxs barəsində başlamış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar