Məhkəmə qərarları › İş №3(5-151)-364/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-364/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-364/2026 16.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Mürsəlli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala görə, xx.xx.2026cı il tarixdə Gözəlov X1 RPŞ-nin arxasında ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında özünü təqsirli bilməyib göstərdi ki, xx.xx.2026-cı il tarixində o, yaşadığı kənddə işlətdiyi texnika ilə işdə olarkən ona zəng edilib ov silahı ilə şəkil çəkdirməsi ilə bağlı şöbəyə dəvət edilmiş, o, heç bir etiraz etmədən şöbəyə gəlmiş, gələndən sonra heç bir səbəb göstərilmədən şöbədə saxlanılmışdır. O, heç bir xətaya yol verməmişdir. O, şöbənin arxasında olmamışdır. Hazırda barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin sahə rəisi X3 ona verilmiş suallara cavab olaraq bildirdi ki, raportla müraciət etmiş polis nəfəri Əbülfəz Əliyev xidmətdən çıxdığı üçün istirahətdədir. Ona görə də həmin şəxsin şahid qismində məhkəməyə dəvət edilməsi qeyri mümkündür. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs qeyd edilən inzibati xətalar üzrə təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, araşdırma nəticəsində Şəxs qeyd edilən inzibati xətalar üzrə təqsirliliyi təsdiq edəcək hər hansı sübut müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar nəzərə alınmaqla Şəxs barəsində olan hazırki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1ci maddələri ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar