Məhkəmə qərarları › İş №3(5-151)-419/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-419/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-419/2026 26.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis X1 bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1982-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Sabirabad rayonunun Şəhriyar kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2026-ci ildə saat 15:00 radələrində yaşadığı Sabirabad rayonu, Qalağayın kəndində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hazırkı iş üzrə Zərərçəkmiş şəxs onun qonşusudur. xx.xx.2026-ci il tarixdə saat 15:00 radələrində qonşusu Sahibə ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Gülmiyəni döymüşdür. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də o, məhkəmədən barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Bu barədə ərizəsini o, məhkəməyə təqdim edir. Ərizəsinə əsasən də o, məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs xx.xx.2026-ci ildə saat 15:00 radələrində yaşadığı Sabirabad rayonu, Qalağayın kəndində qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qonşusunu döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirməklə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cü maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar