Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-479/2026 17.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11 oğlunun katibliyi, X1 iştirakı ilə, X1 AR DİN Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 03 yanvar 2026-cı il tarixli, EQ 33043984 nömrəli, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli və Vİ X14 Xidməti tərəfindən qəbul edilmiş 03 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək barəsində DİN BDYPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin xx.xx.2026-cı il tarixli, EQ 33043984 saylı, Vİ X14 Xidməti inspektoru polis baş serjantı X3 xx.xx.2026-cı il tarixli, TP7743784 saylı və Bakı şəhər DYPİ polis kapitanı X4 xx.xx.2026-cı il tarixli, TP7773907 saylı inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda cərimə üzrə tətbiq edilmiş **-YZ- *** dövlət qeydiyyat nişanlı, Hyundai Accent minik markalı minik avtomobil "xxxx" MMC-nin rəsmi mülkiyyətindədir. Lakin, etibarnamə üzrə özü idarə edir. Belə ki, onun bala görə sürücülük hüququ xx.xx.2025-ci il tarixdən məhdudlaşdırılmışdır. Lakin, bundan xx.xx.2026-cı il tarixdə xəbər tutmuşdur. Amma polisin qərarından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikatə verilə bilər. Onun isə konkret olaraq hüquqları pozulmuşdur. Çünki o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin polis polkovniki-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli EQ32991334 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qüvvəsini almamış bala görə sürücülük vəsiqəsi məhdudlaşdırılmış və barəsində yenidən DİN BDYPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin xx.xx.2026-cı il tarixli, EQ 33043984 saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Sonra isə Vİ X14 Xidməti inspektoru polis baş serjantı X3 xx.xx.2026-cı il tarixli, TP7743784 saylı qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək mən, 400 manat məbləğində cərimə edilmişdir. Daha sonra isə Bakı şəhər DYPİ polis kapitanı X4 16.01,2026-cı il tarixli, TP7773907 saylı qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək o, 400 manat məbləğində cərimə edilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-151 )-255/2026 saylı qərarına əsasən X6 (yəni mənim) Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32991334 nömrəli qərarın ləğv edilməsi və X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32991334 nömrəli qərarın ləğv edildiyindən Vİ X14 Xidməti inspektoru polis baş serjantı X3 03.01,2026-cı il tarixli, TP7743784 saylı və Bakı şəhər DYPİ polis kapitanı X4 16.01,2026-cı il tarixli, TP7773907 saylı inzibati tənbeh vermə haqqında elektron qərarları qüvvədən düşmüş hesab edilir. Məhkəmə iclasında X2 özünü AR İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilməyərək tərəfindən verilmiş şikayətin məzmununa uyğun çıxış edərək bildirdi ki, mübahisələndirilən 03 yanvar 2026-cı il tarixli, EQ 33043984 nömrəli, 16 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli və 03 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, şikayətçi və qərarından şikayət verilmiş orqan nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 03 yanvar 2026-cı il tarixli, EQ 33043984 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X7 02 yanvar 2026-cı il tarixdə, saat 14:27:18-də idarə etdiyi “Hyundai Accent minik” markalı, 90YZ194 dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabirabad rayonu, Kürkəndi kəndi Qaralar istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşmış, bununla da AR İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Vİ X14 Xidməti inspektoru polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2026cı il tarixli, TP7743784 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X7 03 yanvar 2026-cı il tarixdə, saat 09:47-də idarə etdiyi “Hyundai Accent minik” markalı, 90YZ194 dövlət qeydiyyat nişanlı avtomobili ilə 2-ci Sanqaçal küçəsi, 204, Sanqaçal q., Qaradağ r., Bakı ş.də nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmiş, bununla da AR İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP7773907 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X7 16 yanvar 2026-cı il tarixdə, saat 17:00-da idarə etdiyi “Hyundai Accent minik” markalı, 90YZ194 dövlət qeydiyyat nişanlı avtomobili ilə F.X.Xoyskidə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmiş, bununla da AR İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır Sabirabad Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli, 3(5-151)-255/2026 saylı qərarından görünür ki, şikayət təmin edilmiş, X6 Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32991334 nömrəli qərarı ləğv edilmiş və X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarında olan sənədləri, məhkəməyə təqdim edilmiş Sabirabad Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli, 3(5-151)-255/2026 saylı qərarı nəzərə alaraq AR DİN Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 03 yanvar 2026-cı il tarixli, EQ 33043984 nömrəli, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli və Vİ X14 Xidməti tərəfindən qəbul edilmiş 03 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati materialın yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün AR DİN Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 03 yanvar 2026-cı il tarixli, EQ 33043984 nömrəli, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli və Vİ X14 Xidməti tərəfindən qəbul edilmiş 03 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, inzibati xətanın törədildiyi zaman X6 nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs olub-olmaması, Sabirabad Rayon Məhkəməsinin 11 fevral 2026-cı il tarixli, 3(5-151)-255/2026 saylı qərarının AR DİNnin mərkəzi informasiya sisteminə inteqrasiya olunub-olunmaması, müvafiq inzibati xətanın baş verdiyi vaxtda (03 yanvar 2026-cı il tarixdə) şəxsin barəsində başqa hər hansı nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair qanuni qüvvəyə minmiş qərarın olub-olmaması kimi əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, AR DİN Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 03 yanvar 2026-cı il tarixli, EQ 33043984 nömrəli, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli və Vİ X14 Xidməti tərəfindən qəbul edilmiş 03 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli, iş yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün AR DİN Baş X13 İdarəsinə geri göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X6 şikayəti qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3cü maddələri ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsinə dair AR DİN Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 03 yanvar 2026-cı il tarixli, EQ 33043984 nömrəli, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli və Vİ X14 Xidməti tərəfindən qəbul edilmiş 03 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və iş yenidən baxılması üçün AR DİN Baş X13 İdarəsinə geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(5-151)-479/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-479/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver