Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-522/2026 17.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi ilə, “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Sabirabad Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş 06 fevral 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyəti mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən və bu zaman inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Səlahiyyəti orqan və barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndələrinin iştirakları təmin edilməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə inzibati işə səlahiyyəti orqanın və hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad Rayon Polis Şöbəsi tərəfindən “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi qeydiyyat ünvanına göndərilmiş və xx.xx.2026-cı il tarixdə “Rasim müəllim” tərəfindən imza edilərək qəbul olunmuşdur. Poçt qəbzinin üzərində olan ştrix-kod (SX079253825AZ) Azərpoçt elektron sisteminin poçt göndərişlərinin izlənməsi bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Sabirabad Rayon Polis Şöbəsindən “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilən məktub xx.xx.2026-cı il tarixdə həmin ünvana çatmışdır. İnzibati xəta haqqında 06 fevral 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən və bu zaman inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AR İXM 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır ki, belə olan halda inzibati xəta haqqında iş üzrə icraata AR İXM 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdıraraq, qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqan tərəfindən məhkəməyə tərəfindən müvafiq inzibati xətanın törədilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi, təqdim edilmiş sənədlərin isə mötəbər olmamaqla ziddiyyətli olması qənaətinə gəlir. İlk növbədə iş materiallarına əlavə edilmiş xəbərnamədə müvafiq sorğunun qəbul edilməsi imza ilə təsdiq edilsə də, həmin imzanın sahibinin soyadı, müəssisədə hansı vəzifə tutması göstərilməmişdir ki, bu da ümumiyyətlə müvafiq sorğunun “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan şəxs tərəfindən qəbul edilməsini şübhə altına alır. Bununla yanaşı, poçt qəbzinin üzərində olan ştrix-kod (SX079253825AZ) Azərpoçt elektron sisteminin poçt göndərişlərinin izlənməsi bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Sabirabad Rayon Polis Şöbəsindən “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilən məktub 03 fevral 2026-cı il tarixdə həmin ünvana çatmışdır. Həmin günün səhəri günündən hesablanmaqla, 5 gün ərzində yəni 09 fevral 2026-cı il tarixədək məlumat verilmədikdə edilmədikdə, həmin tarixin səhəri günündən, yəni 09 fevral 2026-cı il tarixdə şəxsin əməlində AR İXM-nin 347-ci maddəsinin tərkibi yaranır. Hazırki halda isə inzibati xəta haqqında protokol 06 fevral 2026-cı il tarixdə tərtib olunmuşdur ki, bu da hələ inzibati xəta hadisəsi baş vermədən şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə dəlalət edir. Göründüyü kimi, “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilməmişdir ki, belə olan halda “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyil. Göstərilən bu hallar, “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin olmamasına dəlalət edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “BVB X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXMnin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(5-151)-522/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-522/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver