Məhkəmə qərarları › İş №3(5-151)-549/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-549/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-549/2026 17.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 452.3-cü maddəsi ilə 26 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Sabirabad şəhəri, H.Əliyev prospekti, 25 A ünvanında yerləşən Şəxs MMC-nə məxsus aptek təşkilatında xx.xx.2025-ci il tarixdə saat 11:30-da aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkarlanmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X3 nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 25 A ünvanında yerləşən Şəxs MMC-nə məxsus aptek təşkilatında xx.xx.2025-ci il tarixdə saat 11:30-da aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkarlanmışdır. Mövcud olan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən əməkdaşları tərəfindən akt tərtib edilmiş, çəkilmiş fotoşəkillər və digər materiallar akta əlavə edilmişdir. MMC barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə prosesində iştirakılarının mümkün olmayacağı səbəbindən, hazırki müraciət ərizəsində qeyd edilənləri məhkəmə iclasında təqdim edəcəyi ifadə kimi qəbul edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası X1 452.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında tərtib edilən protokola etirazları mövcud deyildir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası X1 452.3-cü maddəsinin tələbi üzrə minimal həddə - 1000 manat cərimə tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 26 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 25 A ünvanında yerləşən Şəxs MMC-nə məxsus aptek təşkilatında xx.xx.2025-ci il tarixdə saat 11:30-da aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkarlanmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X2” X6 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 11 fevral 2026-cı il tarixli bildirişdən görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 25 A ünvanında fəaliyyət göstərən, şirkətinizə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 23.02-xx.xx.2026-cı il tarixlərində Səhiyyə Nazirliyinin X2nin müfəttişləri tərəfindən keçiriləcək plan üzrə (növbəti) nəzarət yoxlaması keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 X3 26 fevral 2026-cı il tarixli, 2-136 nömrəli pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktından görünür ki, yoxlama zamanı MMC-də Aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarına riayət olunmaması aşkar edilmişdir. “Əşyaların və sənədlərin götürülməsi haqqında” 27 fevral 2026-cl il tarixli protokoldan görünür ki, X1 94-cü maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olan əşyalar (Vikasol darniça 4 qutu, Prednizolon məlhəm 5 qutu, Qidrokortizon məlhəm 4 qutu, Oksolin məlhəm 1 qutu, Caripazim 2 qutu) fotoçəkiliş və fasiləsiz videoçəkilişdən istifadə edilməklə götürülmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və foto şəkillərdən görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 25 A ünvanında yerləşən Şəxs MMC-nə məxsus aptek təşkilatında aptek təşkilatlarına dair tələblərin pozulmuş, yoxlama zamanı qeyd edilən faktlar aşkar edilmiş, aşkar edilmiş faktlar sənədləşdirilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 94.8-ci maddəsinə əsasən götürülən əşyalar və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. Götürülmüş əşyalar və sənədlər inzibati xəta haqqında işə baxılanadək, əşyaları və sənədləri götürən səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır. 94.13-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər bu Məcəllənin 115.4-cü maddəsinə uyğun olaraq həll olunur. 115.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir; 115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir; 452.3-cü maddəsinə əsasən Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, iş materiallarına əlavə edilmiş fotoşəkillər və aktlar ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Götürülmüş əşyalar (Vikasol darniça 4 qutu, Prednizolon məlhəm 5 qutu, Qidrokortizon məlhəm 4 qutu, Oksolin məlhəm 1 qutu, Caripazim 2 qutu) məhv edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar