Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-61/2026 21.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş hüquqi şəxs Şəxs ASC-nin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair “inzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli MN2409559№-li Protokola və əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş hüquqi şəxs Şəxs ASC-nin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair “inzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli MN2409559№-li Protokola və əlavə olunmuş sənədlərə görə vətəndaş X1 Şəxs ASC-də işlədiyi dövrdə əmək hüquqlarının pozulması ilə bağlı X3 Xidmətinə ünvanlandığı müraciətinin araşdırılması ilə bağlı müvafiq sənədlərin 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinin sorğusu əsasında təqdim etməli olduğu halda, sorğunun icrasından yayınaraq, sorğu olunan sənədləri təqdim etməmişlər. Bununla da Şəxs ASC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xətaya yol vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş “inzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli MN2409559№-li Protokolu tərtib etmiş X3 Xidmətinin Bakı şəhər İdarəsi və barəsində inzibati xəta haqqında icraat başlanmış şəxs Şəxs ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə İXM-nın 64.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında materiala həmin təşkilatların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Əmək Məcəlləsinin 15-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə “inzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli MN2409559№-li Protokolu və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs ASC-nin üzərində İXM-nın 539.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi müəyyən edildiyi üçün, barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs ASC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nın 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 4851, 114, 128-130-cu maddələrini QƏRARA ALDİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2409559№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs ASC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-151)-61/2026
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-61/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver