Məhkəmə qərarları › İş №3(5-151)-7/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-7/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-7/2026 13.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, şikayətçi (barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs) X3, Sabirabad RPŞ-nin DYPB-nın YPX-nın baş inspektoru, polis mayoru X4 iştirakı ilə, Sabirabad RPŞ-nin DYPB-nın YPX-nın baş inspektoru, polis mayoru X9 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7741457№-li inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin DYPB-nın YPX-nın baş inspektoru, polis mayoru X9 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7741457№-li inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.1991-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə saat 23:08-də özünə məxsus “KİA RİO” minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sabirabad şəhəri, H.Əliyev pr. ilə idarə edərkən svetoforun qadağanedici işarəsində hərəkətini davam etməklə, bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) törətdiyinə görə, onun barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X7 barəsində qəbul olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP7741457№-li Qərarla razılaşmayaraq, həmin qərardan verdiyi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində Sabirabad RPŞ-nin DYPB-nın əməkdaşı, polis mayoru Vaqif Süleymanov tərəfindən idarə etdiyi **-OL-*** dövlət qeydiyyat nişanlı “KİA RİO” minik markalı avtomobilini saxladaraq, onun güya ki yol hərəkəti qaydalarının (svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) pozulmasını əsas gətirərək onu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilib, barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol əsasında onun 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə xx.xx.2025-ci il tarixli TP 7741457№-li qərar qəbul etmişdir. O, əslində həmin xətaya yol verməmiş, yəni xx.xx.2025-ci il tarixdə saat 23:08-də özünə məxsus “KİA RİO” minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sabirabad şəhəri, H.Əliyev pr. idarə edərkən svetoforun qadağanedici işarəsində hərəkətini davam etməmişdir. Məhkəmə iclasında iştirak etmiş X1 şikayətini müdafiə edib, şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş və xx.xx.2025-ci il tarixli TP7741457№-li inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Sabirabad RPŞ-nin DYPBnın YPX-nın baş inspektoru, polis mayoru X9 şikayətə etiraz edib, etirazının əsası kimi X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən svetoforun qadağanedici işarəsində hərəkətinin davam etdirilməsi barədə əməlinin etiraf etməsi və bu barədə protokolda qeyd aparılması hallarına əsaslanmışdır. Ona görə xx.xx.2025-ci il tarixli TP7741457№-li inzibati tənbeh vermə haqqında qərarın əsaslı və qanuni olması halına əsaslanaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, X1nu və Sabirabad RPŞ-nın DYPB-nın YPX-nın baş inspektoru, polis mayoru X6 dinləyərək hesab edir ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki X7 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7741457№-li inzibati tənbeh vermə haqqında Qərarından görünür ki, X7 xx.xx.2025-ci il tarixdə saat 23:08-də özünə məxsus “KİA RİO” minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sabirabad şəhəri, H.Əliyev pr. ilə idarə edərkən svetoforun qadağanedici işarəsində hərəkətini davam etməklə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinə yol verdiyi üçün barəsində 100 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. X1 həmin qərarla razılaşmayıb və qərarı mübahisələndirərək qeyd etmişdir ki, onun, əslində İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verməmiş, yəni xx.xx.2025-ci il tarixdə saat 23:08-də özünə məxsus “KİA RİO” minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sabirabad şəhəri, H.Əliyev pr. idarə edərkən svetoforun qadağanedici işarəsində hərəkətini davam etməmişdir. X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, G.Ə.Hüseynli svetoforun qadağanedici işarəsində hərəkətinin davam etdirilməsi barədə əməlinin etiraf etməsi barədə protokolda qeyd aparmaqla, bununla da İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini təsdiq etmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı X3 xx.xx.2025-ci il tarixdə saat 23:08-də özünə məxsus “KİA RİO” minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabirabad şəhəri, H.Əliyev pr. idarə edərkən svetoforun qadağanedici işarəsində hərəkətini davam etməsi, bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsi təsdiq edilmişdir. Məhkəmə aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi G.Ə.Hüseynlinin barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətin dəlilləri, həmin xx.xx.2025-ci il tarixli TP7741457№-li inzibati tənbeh vermə haqqında Qərarın ləğvi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1 və 6.2-ci maddələrinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə hesab edir ki, Sabirabad RPŞ-nin DYPB-nın YPX-nın baş inspektoru, polis mayoru X9 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7741457№-li inzibati tənbeh vermə haqqında Qərar qanuni olduğundan, şikayətçi G.Ə.Hüseynlinin həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Sabirabad RPŞ-nin DYPB-nın YPX-nın baş inspektoru, polis mayoru X9 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7741457№-li inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar