Məhkəmə qərarları › İş №3(5-151)-97/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(5-151)-97/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(5-151)-97/2026 23.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi , Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, xx.xx.1998-ci il tarixdə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü madəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2399374№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin X2 sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN2399374№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Sabirabad-Padarçöl ərazisində özünəməxsus “Çifsan” markalı, 12 çaplı, qoşa lüləli, 174334 nömrəli ov silahı ilə lazımı icazə olmadan 1 ədəd məzməy adlı çöl quşu ovlamışdır. Bu əməllərinə görə Şəxs İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 272.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xətaların törətməsində təqsirli bilinmiş və onun barəsində xx.xx.2026-cı il tarixli MN2399374№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsədə, o, məhkəmədə iştirak etməmiş həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət təqdim edilməmişdi. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad-Padarçöl ərazisində özünəməxsus “Çifsan” markalı, 12 çaplı, qoşa lüləli, 174334 nömrəli ov silahı ilə lazımı icazə olmadan 1 ədəd məzməy adlı çöl quşu ovlamışdır. İXM-nın 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımı icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Şəxs inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi onun özünün etirafedici və izahatı ilə yanaşı, həmçinin Sabirabad RPŞ-nın TB-nın təhqiqatçısı C.Zülfiqarovun “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2026-cı il tarixli Qərarı ilə müəyyən olunmuş işin araşdırılmış halları və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 272.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 272.3-cü maddəsi ilə müəyyən edilmiş həddə ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə İXM-nın 272.3cü maddəsi ilə inzibati xəta əməlləri törətmiş Şəxsa İXM-nın 272.3-cü maddəsinin sanksiya həddində “Çifsan” markalı, 12 çaplı, qoşa lüləli, 174334 nömrəli ov silahı müsadirə edilməməklə ov hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN2399374№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3-cü madəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və “Çifsan” markalı, 12 çaplı, qoşa lüləli, 174334 nömrəli ov silahı müsadirə edilməməklə Şəxs ov hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar