Məhkəmə qərarları › İş №3(5-152)-10/2026

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(5-152)-10/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(5-152)-10/2026 16.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Alıyev Rüstəm Böyükağa oğlu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan "xxxx" MMC-nin direktoru X6 tərəfindən verilmiş şikayət üzrə daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Şikayətçi "xxxx" MMC-nin direktoru X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında materiallarına əlavə olunmuş 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixində qeydiyyata alınmışdır. Dövlət qeydiyyat nömrəsi (VÖEN) **********-dir. Təşkilati hüquqi forması - Məhdud Məsuliyyətli Cəmiyyətdir. Hüquqi üvnanı – Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 1170-dir. Qanuni təmsilçi – X4r. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olubolmaması məsələsini həll edir. 109.1, 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. 112.4-cü maddəsinə əsasən, bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hazırki şikayətin mahiyyətinə dair münasibət bildirmədən inzibati məsuliyyət nəzərdə tutulan norma ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, İXM-in 539.3cü maddəsinin dispozisiyasında məhz hərəkətsizlikdə ifadə olunan inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutulur. Hərəkətsizlikdə ifadə olunan inzibati xəta - şəxsin qanunla üzərinə qoyulmuş müəyyən hərəkəti etməməsi nəticəsində inzibati məsuliyyət yaradan hüquqazid davranış formasıdır. Yəni, normanın dispozisiyası mahiyyət etibarilə hərəkətsizlikdə ifadə olunan inzibati xətadır, subyektin üzərinə qoyulmuş məlumat vermə və sənəd təqdim etmə öhdəliyinin icra edilməməsi ilə xarakterizə olunur, obyektiv tərəfi passiv davranış üzərində qurulub. Burada formal təqdimetmə var, lakin hüquqi vəzifə faktiki icra olunmamış sayılır. Bu zaman nəzərə alınıb və araşdırmalı hallar - Qanuni tələbin mövcudluğu ( yazılı tələb,tələb edilən sənədlərin konkret siyahısı), Tələbin subyektə çatdırılması (poçt qəbzi, elektron sistem qeydi, imza), Təqdimetmə müddətinin göstərilməsi və iş üçün əhəmiyyət kəsb edən digər hallar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 rəisi X12 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan və əlavə edilmiş materiallardan görünür ki, X5, Quliyev Rüstəm, Həsənzadə Mövlüd, Əliyev Hacıbala, Eldəniz Yusubov və Hüseynov Mirasim oğlunun müraciətlərinə münasibətdə "xxxx" MMC və”Yolüstü YRM” MMC-dən sənədlərin təqdim edilməsi üçün 3-17-5/2-95534/2025 nömrəli və 3-179/2-93843/2025 nömrəli məktublar göndərilsə də sənədlər təqdim olunmamışdır. X1 barəsində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 1000 (min) manat məbləğində inzibai şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ehtimal olunan inzibati xəta Nərimanov rayonu ərazisində törədilmiş, X6 isə şikayətə yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 rəisi X12 tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsi, yəni direktoru X6 barəsində MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın tərtib edilməsinə əsas müvafiq icra hakimiyyəti orqanının tələbi əsasında zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi olmuşdur. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan "xxxx" MMC-nin direktoru X6 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 110 və 112-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan "xxxx" MMC-nin direktoru X6 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar