Məhkəmə qərarları › İş №3(5-152)-115/2026

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(5-152)-115/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(5-152)-115/2026 17.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlu, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən İXP3233307 saylı protokola üzrə qəbul edilmiş 30 aprel 2020-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏNETDİ: Qərardan şikayət verən şəxs X2 məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixində qeydə alınmış Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən onun barəsində tərtib edilmiş İXP3233307 №-li protokol barədə bildiriş xx.xx.2026-cı il tarixində göndərilmişdir. Bildirişə əsasən 100 (bir yüz) AZN məbləğində cərimə təyin edilmişdir. Lakin, İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən, inzibati cərime növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Qeyd edildiyi kimi, İXP3233307 №-li protokol üzrə təyin olunmuş cərimənin icra müddəti artıq bitmişdir və xx.xx.2020-ci ildən bu günə qədər 5 il 9 ay keçmişdir. X2 xx.xx.2020-ci il tarixli, İXP3233307 №-li protokol əsasında mənə qarşı tətbiq edilməsi nəzərdə tutulan 100 manat məbləğində cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən də göründüyü kimi İXP3233307 №-li protokol üzrə təyin olunmuş cərimənin icra müddəti artıq bitmişdir və xx.xx.2020-ci ildən bu günə qədər 5 il 9 ay keçmiş, lakin qərar icra edilməmişdir. Belə olan halda xx.xx.2020-ci il tarixli qərar qüvvəsini itirmişdir. Qüvvədən düşmüş qərara xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə nəzərə alaraq məhkəmə, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən İXP3233307 saylı protokola üzrə qəbul edilmiş 30 aprel 2020-ci il tarixli qərarından X2 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar