Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-120/2026 16.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 2025-ci il dekabrın 25- də saat 14:48 dəqiqədə Salyan şəhəri, Nizami küçəsində yerləşən qəbiristanlıqda saxlanılaraq üzəri yoxlanılmış, əynində olan gödəkçəsinin sağ yan cibindən kibrit qutusunda içərisində spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş və boş zərfə qablaşdırılmışdır. Şəxs aşkar olunmuş maddi sübutla birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və aidiyyətı üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Həmin faktla bağlı Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün həmin tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 inzibati xəta haqqında protokolu müdafiə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, hazırda törətdiyi əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verdiyini, barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, inzibati qaydada tədbir görülməsi üçün yaşayış yeri üzrə Salyan RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2026-cü il tarixli, 18/848 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinde "...Şəxs üzərindən ...” sözləri yazılmış və imzalar ola kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-0,54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati “həbs” növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2026-cı il tarixi saat 17:25-dən hesablansın. Şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün qərarın surəti Salyan Rayon Məzrkəzi X2 Şəxsə göndərilsin. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,52 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(5-152)-120/2026
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-120/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver