Məhkəmə qərarları › İş №3(5-152)-145/2026

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(5-152)-145/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(5-152)-145/2026 20.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlu, xx.xx.1988-ci ildə Əli-Bayramlı (Şirvan) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə informasiya” sistemində Şəxs şəxsiyyəti barəsində olan məlumatlardan, yəni şəxsiyyət vəsiqəsinin məlumatından görünür ki, o, Şirvan şəhəri S.Zeynalov küçəsi ev 18 mənzil 40-da qeydiyyatdadır. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1, 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Bununla yanaşı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Beləliklə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs üzərinə düşən öhdəliyi icra etməməklə (yəni hərəkətsizlik göstərməklə) barəsində təyin olunmuş inzibati cəriməni ödəməmişdir. Göründüyü kimi, barəsində inzibati protokol tərtib edilmiş şəxsə istinad olunan inzibati xəta hadisəsi Sabirabad rayonunun inzibati ərazisində törədilmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 110 və 112-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar