Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-160/2026 03.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X1, xx.xx.2001-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan şəhəri İ.Qurbanov küçəsi 32-də yaşayan Şəxs barəsində Salyan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixlərdə “VAZ 21705 MİNİK” markalı 99XH083 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaları törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 328.2, 469.3, 327.2, 469.3, 328.1-ci maddələri ilə tərtib olunmuş EQ29399620, EQ30106551, EQ29590594, EQ29614074 və görə EQ30440085 saylı inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli cərimə növündə inzibati tənbeh etmə haqqında qanuni qüvvəyə minmiş qərarları qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Həmin faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə DİN BDYPİ və Salyan RPŞ tərəfindən xx.xx.2026-cı il tarixli İXP7775993, İXP7776029, İXP7776005, İXP7776017, İXP7776131 saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq Salyan RPŞ tərəfindən xx.xx.2026-cı il tarixli məktubla baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının DİN BDYPİ-nin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan DİN-in Web portalından çıxarışdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə tərtib edilmiş EQ29399620 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə ödənilməli cərimə 50 manat, dəbbə pulu 30 manat, cəmi 80 manatdır. İş materiallarında olan DİN-in Web portalından çıxarışdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə tərtib edilmiş EQ29590594 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə ödənilməli cərimə 50 manat, dəbbə pulu 30 manat, cəmi 80 manatdır. İş materiallarında olan DİN-in Web portalından çıxarışdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə tərtib edilmiş EQ29614074 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə ödənilməli cərimə 100 manat, dəbbə pulu 6 manat, cəmi 160 manatdır. İş materiallarında olan DİN-in Web portalından çıxarışdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə tərtib edilmiş EQ30106551 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə ödənilməli cərimə 50 manat, dəbbə pulu 30 manat, cəmi 80 manatdır. İş materiallarında olan DİN-in Web portalından çıxarışdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə tərtib edilmiş EQ30440085 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə ödənilməli cərimə 10 manat, dəbbə pulu 6 manat, cəmi 16 manatdır İş materiallarına əlavə edilmiş “Asan ödəniş” sistemindən xx.xx.2026-cı il tarixli çıxarışdan görünür ki, EQ29399620, EQ30106551, EQ29590594, EQ29614074 və EQ30440085 saylı inzibati xəta haqqında protokollar üzrə cərimə ödənilməmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 08 (səkkiz) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(5-152)-160/2026
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-160/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver