Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-20/2026 19.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan Rayon Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 2004-cü il tarixdə Sabirabad rayonu, Salmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sabirabad rayonu, Salmanlı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Salyan şəhəri, H.Z.Tağıyev küçəsi 104 saylı liseyin yataqxanasında yaşayan vətəndaş Zərərçəkmiş şəxs məxsus Chevrolet Cruze" markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Salyan şəhəri Y.Qasımov küçəsi ilə hərəkətdə olduğu zaman Ağahüseyn və onun yanında olan şəxslər tərəfindən onun avtomobilinin üzərinə daş atmaqla və avtomobilə sirkə turşusu tökməklə ziyan vurulmuş, həmin saatlarda Şəxs ictimai qaydanı pozmaqla ona qarşı nalayiq ifadələr işlətməklə təhqir etmiş və onun nəqliyyat vasitəsinə ümumilikdə 1000 (Min) manat məbləğində ziyanın vurulmasında iştirak etmişdir. Bununla bağlı aparılan araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərar qəbul edilməklə, material inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Salyan RPŞ-nin X3 göndərilmişdir. Bu barədə Salyan Rayon Polis Şöbəsinin sahə inspektoru X6 tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsində və 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə MN № ******* saylı, 16 yanvar 2026-cı il tarixli və MN № ******* saylı, 16 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Salyan RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Akif Abdullayev tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2026-cı il tarixli qərar qəbul edilməklə, material Şəxs barəsindən inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Salyan PŞ-nin X3 göndərilmişdir. Daxil olan material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Salyan şəhəri, H.Z.Tağıyev küçəsi 104 saylı liseyin yataqxanasında yaşayan vətəndaş Zərərçəkmiş şəxs məxsus Chevrolet Cruze" markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Salyan şəhəri Y.Qasımov küçəsi ilə hərəkətdə olduğu zaman Ağahüseyn və onun yanında olan şəxslər tərəfindən onun avtomobilinin üzərinə daş atmaqla, ona məxsus avtomobilə sirkə turşusu tökməklə ziyan vurulmuş, həmin saatlarda Şəxs ictimai qaydanı pozmaqla ona qarşı nalayiq ifadələr işlətməklə təhqir etmiş zərərçəkmiş şəxsin nəqliyyat vasitəsinə ümumilikdə 1000 (min) manat məbləğində ziyanın vurulmasında iştirak etmişdir. Raportla şöbə rəisinə müraciət edilmiş, həmin raport əsasında tərəfindən İXM-in 510-cu və 232-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan halları özündə əks etdirən video görüntülər müvafiq CD diskə əlavə edilməklə məhkəmə araşdırmasına təqdim edilmişdir. Məhkəmədən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollara münasibətdə inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edən tərəfindən ona ünvanlanmış verilmiş suallara cavabında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Əfsərağa oğlu arasında təhqiqat araşdırması və inzibati xəta barədə protokol tərtib olunarkən barışıq əldə olunmamışdır və zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib, törətdiyi əməlindən peşmanlıq hissi keçirdiyini məhkəmənin diqqətinə çatdırmışdır. Həmçinin izahatının davamında qeyd etmişdir ki, hadisə baş verən günü emosional olmuşdur. Hazırda himayəsində xx.xx.2026cı il təvəllüdlü bir azyaşlı uşağı vardır və zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Qeyd olunan bu halları və birinci dəfə inzibati məsuliyyətə cəlb olunmasının nəzərə alınaraq, onun barəsində inzibati həbs nəzərdə tutuan inzibati tənbeh tədbirinin seçilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edən tərəfindən ona ünvanlanmış verilmiş suallara cavabında göstərmişdir ki, Zərəçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmişdir və bunun nəticəsində onlar arasında barışıq əldə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək, bildirmişdir ki, barəsində icraat aparılan şəxs Şəxs tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir və bu səbəbdən onunla Şəxs arasında barışıq əldə olunmuşdur. Bu barədə müvafiq barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin izahatının sonunda barəsində icraat aparılan şəxslə barışıq əldə olunduğundan və Şəxs himayəsində azyaşlı uşağının olmasının nəzərə alınaraq, onun barəsində inzibati həbs nəzərdə tutan inzibati tənbehin verilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli Raportdan görünür ki, 13 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin "102" Xidməti Zəng-Mərkəzi Sistemindən rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda, Salyan şəhəri H.Z.Tağıyev küçəsi 104-saylı liseyin yataqxanasında yaşayan Zərərçəkmiş şəxs DİN-nin "102" xidmətinə zəng edərək, 13 dekabr 2025-ci il tarixdə təxminən saat 17 radələrində idarə etdiyi "Chevrolit Cruze" markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Salyan şəhəri Y.Qasımov küçəsi ilə hərəkətdə olduğu zaman Ağahüseyn və onun yanında olan şəxslərin onun avtomobilinin üzərinə daş atmaları, avtomobilinə sirkə turşusu mayesi tökmələri, yanında oturan qardaşı oğlu Vahub Əliyevi yumruqla vurulması barədə məlumat verməsi göstərilmişdir. Araşdırma zamanı 13 dekabr 2025-ci il tarixdə Salyan şəhəri H.Z.Tağıyev küçəsi 104- saylı liseyin yataqxanasında yaşayan Zərərçəkmiş şəxs rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində idarə etdiyi "Chevrolet" markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Salyan şəhəri Y.Qasımov küçəsində yerləşən "Oba" market mağazasının qarşısında hərəkətdə olduğu zaman Salyan şəhər sakinləri Ağahüseyn və onun yanında olan bir neçə nəfər şəxslərin avtomobilinin qarşısını kəsərək avtomobilinə daşla vurmaları ilə yanaşı Ağahüseynin onu, yanında olan şəxslərin isə onun qardaşı oğlu Vahub Əliyevi yumruqla vurmalarını bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, X2, X9, X7, Şəxs və X10 qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiklərindən onların barələrində inzibati tənbeh tədbiri görülməsi üçün material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir və material inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Salyan RPŞ-nin X3 göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs 1000 (min) manat məbləğində maddi ziyan vurulmuş, Şəxs barəsində İXM-nin 232-1 və 510-cu maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X1 aidiyyatı əməkdaşına həvalə edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Zərərçəkmiş şəxs Ağahüseyn və onun yanında olan şəxslər barəsində DİN-nin 102 xidmətinə verdiyi məlumat və rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış oldu. Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir münasibəti və ya ədavəti olmayıbdır. Salyan şəhər ərazisində Y.Qasımov küçəsində yerləşən Mərkəzi Univermaq ilə Oba market mağazasının yaxınlığında yerləşən ərazidə meyvə tərəvəz alveri edir. 13 dekabr 2025-ci il tarixdə təxminən saat 17 radələrində həmin yerdə alver edən zaman Samirə adlı qadın idarə etdiyi metalik rəngli **- BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə həmin küçədə təxminən 3-4 dəfə hərəkət etməklə həmin olduğu ərazidən keçəndə priotexniki vasitələrdən yandırıb atdıqda həmin vasitələrdən bir neçəsi yaxınlığda dayanmış taksi avtomobillərin salonuna düşmüşdü. Samirənin bu kimi hərəkətinə görə taksi sürücüləri Ağahüseyn, Fərid, Orxan və Rüfət ilə birlikdə onu saxlayıb iradlarını bildirəndə Samirə həmin vaxtı şüşə qabda olan iksus mayesini açıb üzərlərinə tökmək istədikdə ona acıqlandıqları üçün Samirə avtomobilini idarə etməklə uzaqlaşıb getmişdi. Samirə idarə etdiyi həmin avtomobili ilə "Billur” şadlıq sarayı istqamətinə hərəkət edərək çox çəkmədən təkrar geri qayıtmaqla avtomobili saxlayıb nalayiq söyüşlər söyməklə yanaşı onun avtomaşınında olan qohumu Vahub adlı oğlan ilə birgə əllərində şüşə qabda olan iksus mayesini açıb onların üzərlərinə tökərək uzaqlaşıb getmişdilər. İksus onun üzərinə tökülməklə yanaşı sol gözünə düşdüyü üçün gözündə qıcıqlanma və yandırıcı kimi əlamətlər yaranamqla göynəmə olduğundan yaxınlığdakı aptekdən təmizləyici maddə periks alıb həmin gözünü yuyaraq təmizləmişdir. Samirənin idarə etdiyi avtomobilin qarşısına keçməklə bir neçə dəfə ona sözlə iradlarını bildirsələrdə ona və ya Vahuba qarşı hansısa formada kobudluğu və ya kiminsə onları vurması olmayıbdır. Bundan əlavə onun üzərinə nə sirkə turşusu tökülməsi, nədə onun avtomobilinə yumruğ və ya təpik vurmaları olmayıbdır. Samirənin bu barədə dedikləri yalandır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, 3(5-152)-20/2026 saylı iş üzrə zərəçəkmiş şəxsdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxslə barışmışdır, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Xahiş etmişdir ki, nəzərə almağ məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Barəsində icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, əməlindən peşman olmasını və onun tərəfindən vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini onun inzibati məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Şəxs törətmiş olduğu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaların içərisində daha ciddisi İXM-in 510-cu maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətadır. Həmin maddənin sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tədbiri ilə bərabər inzibati həbs növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, İXM-in 39.2-ci maddəsinin dispozisiyasında qeyd olunur ki, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Normanın bu tələbindən çıxış edən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X8 ilə barəsində icraat aparılan şəxs Şəxs arasında barışıq əldə olunduğundan və Müsayev Rüfət tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tamamilə ödənildiyindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi üzrə başlanmış inzibati xəta haqqında icraata İXM-in 53.1.10-cu maddəsində göstərilən əsasla xitam verilməlidir. Belə ki, İXM-in 53.1.10-cu maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Şəxs barəsində tərtib olunmuş MN ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından xitam verilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxs Şəxs yalnız MN ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməli və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(5-152)-20/2026
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-20/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver