Məhkəmə qərarları › İş №3(5-152)-21/2026

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-21/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-21/2026 19.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şrin Elton oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli və xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Y.Qasımov küçəsində Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. Bundan başqa, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Y.Qasımov küçəsində Zərərçəkmiş şəxs məxsus “Chevrolet” markalı maşına ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X8 bildirmişdir ki, 13 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidməti Zəng-Mərkəzi Sistemindən rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda, Salyan şəhəri H.Z.Tağıyev küçəsi 104-saylı liseyin yataqxanasında yaşayan Zərərçəkmiş şəxs DİN-nin “102” xidmətinə zəng edərək, 13 dekabr 2025-ci il tarixdə təxminən saat 17 radələrində idarə etdiyi “Chevrolit Cruze” markalı 52-B.-796 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Salyan şəhəri Y.Qasımov küçəsi ilə hərəkətdə olduğu zaman Ağahüseyn və onun yanında olan şəxslərin onun avtomobilinin üzərinə daş atmaları, avtomobilinə iksus mayesi tökmələri, yanında oturan qardaşı oğlu Vahub Əliyevi yumruqla vurulması barədə məlumat verməsi göstərilmişdir. Araşdırma zamanı 13 dekabr 2025-ci il tarixdə Salyan şəhəri H.Z.Tağıyev küçəsi 104 saylı liseyin yataqxanasında yaşayan Zərərçəkmiş şəxs rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində idarə etdiyi “Chevrolet” markalı 52-B4-796 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Salyan şəhəri Y.Qasımov küçəsində yerləşən “Oba” market mağazasının qarşısında hərəkətdə olduğu zaman Salyan şəhər sakinləri Ağahüseyn və onun yanında olan bir neçə nəfər şəxslərin avtomobilinin qarşısını kəsərək avtomobilinə daşla vurmaları ilə yanaşı Ağahüseynin onu, yanında olan şəxslərin isə onun qardaşı oğlu Vahub Əliyevi yumruqla vurmalarını bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X1, X10, X9, X5 və X11 qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiklərindən barələrində inzibati tənbeh tədbiri görülməsi üçün material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, X1, X10, X9, X5 və X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiklərindən barələrində inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü qərarın surətinin Salyan RPŞ-nin X2 verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun və yanında olan şəxslər barəsində DİN-nin 102 xidmətinə verdiyi məlumat və rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış oldu. Zərərçəkmiş şəxs tanıyır, amma onunla heç bir əlaqə və ya ədavəti olmayıbdır. Dolanışıqı ilə əlaqədar özünə məxsus VAZ-21074 minik markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Salyan şəhər ərazisində Y.Qasımov küçəsində yerləşən “Mərkəzi Univermaq" ilə “Oba” market mağazasının arasında olan ərazidə dayanmaqla sifarışlə sərnişin daşımaqla məşğul olur. Həmin ərazidə meyvə tərəvəz alveri edən şəxslər olmaqla, digər tərəfdə avtobus dayanacaqı olduğu üçün vətəndaşların dayandıqı yerdir. 13 dekabr 2025-ci il tarixdə təxminən saat 17 radələrində həmin yerdə idarə etdiyi həmin avtomobil ilə dayanıb sərnişin gözləyirdi, Samirə adlı qadın idarə etdiyi tünd göy metalik rəngli **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə həmin küçədə 3-4 dəfə hərəkət etməklə keçəndə priotexniki vasitələrdən yandırıb vətəndaşların dayandıqı istiqamətlərə atdı. Həmin priotexniki vasitə partlayış səsi verdiyi üçün hamının narahatçılıqına səbəb oldu, ərazidən keçən və avtobus gözləyən sərnişinlər narazlıq etməyə başladılar. Samirənin bu kimi hərəkətinə görə orada meyvə alveri edən Vüsal olmaqla taksi sürücüləri Ağahüseyn, Fərid və Rüfət ilə birlikdə ona işarə edib sözlə iradlarını bildirəndə Samirə şüşə qabda iksus mayesini açıb üzərilərinə tökmək istədikdə, ona acıqlandıqları üçün Samirə avtomobilini idarə etməklə uzaqlaşıb getdi. Samirə idarə etdiyi həmin avtomobili ilə “Billur” şadlıq sarayı istiqamətinə hərəkət edib bir neçə dədiqəqədən sonra geri qayıtmaqla özü avtomobili yaxınlıqlarında saxlayıb onlara qarşı nalayiq söyüşlər söyməklə təhqir etdi. Samirə və onun avtomaşınında olan qohumu Vahub adlı cavan oğlan əlində şüşə qabda olan iksus mayesini açıb hər ikisi onların üzərinə tökərək oradan uzaqlaşıb getdilər. İksus mayesi onunda üzərinə töküldü. Amma özünə və paltarına heçnə olmayıbdı. Samirənin onlara və dayanacaqda dayanmış vətəndaşlara tərəf priotexniki vasitələr atmasına görə onun avtomobilin qarşısına keçməklə bir neçə dəfə ona sözlə iradlarını bildirsələrdə, amma yanlarında olan şəxslərdən kiminsə Samirəni və ya Vahuba qarşı hansısa formada kobudluqlarını etməyi və ya kiminsə onları vurması kimi hallar olmayıbdır. Onlarda iksus olmayıb, onun üzərinə nə iksus mayesi tökməyi, nədə onun avtomobilinə yumruğ və ya təpiklə vurmağı olmayıbdır. Bundan əlavə onun avtomobilinə yumruğ və ya təpik vurmaqları olmayıbdır. Samirənin bu kimi hərəkətləri təxminən 5-10 dəqiqə kimi çəkmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Salyan şəhər sakinləri Ağahüseyn və onun yanında olan üznən tanıdığı, adlarını dəqiq bilmdəiyi şəxslər barəsində DİN-nin 102 xidmətinə zəng edərək məlumatı və rayon polis şöbəsinə şikayət ərizəsi vermişdir. Ağahüseyn ilə əvəldən münasibəti yaxşı olmayıb, bir neçə il bundan əvəldə aralarında mübahisə olmuşdur deyə Ağahüseyn ədavət aparır. 13 dekabr 2025-ci il tarixdə təxminən saat 17 radələrində qardaşının övladları Vahub və Rəsulu idarə etdiyi “Chevrolit” minik markalı 52-B4-796 dövlət qeydiyyat nömrə nişanlı avtomobilində gəzdirmək üçün avtomobili özü idarə edərək Salyan şəhər ərazisində hərəkətdə olarkən Y.Qasımov küçəsində “Oba” market mağazasının qarşısından keçməklə X.R.Ulutürk küçəsi istiqamətində saatda təxminən 20 kmisürətlə hərəkətdə olduğu zaman Ağahüseyn və onun yanında olan təxminən 5-6 nəfər şəxslər idarə etdiyi avtomobilinin qarşısına keçdiyindən avtomobilini saxlamışdır. Avtomobildə sükan arxasında olduğu halda Ağahüseynin maşının pəncərəsindən başını içəri soxmaqla onun avtomobilin içərisinə priotexniki vasitə atmasını soruşduqda ona heç bir partladan atmadığını desədə, Ağahüseyn onun ünvanına nalayiq ifadələr işlədib təhqir etməklə yanaşı əlinin içində olan və açılıb bağlanan bıçaqla vurmaq istədikdə əlini qabağa verdiyindən sol əli ovuc hissədən əzilmişdi,sonrada əli ilə sifətinə və başına bir neçə dəfə vuraraq döyəndə, maşının sağ tərəfinə keçən digər şəxslərdən isə bir neçəsi maşının pəncərəsindən başını avtomobilə içəriyə soxmaqla qabağ otutacaqda əyləşmiş qardaşı oğlu Vahubun başına və sifətinə əlləri ilə bir neçə dəfə sillə və yumruğ vurdular. Eyni zamanda həmin şəxslər avtomobili daş qalaq etdikdə avtomobili idarə etməklə oradan uzaqlaşıb getmişdir. Bir neçə dəqiqədən sonra kabab etmək üçün Salyan rayonunda yerləşən “Dostluq” restoranına ət aparanda təkrar həmin Y.Qasımov küçəsindən keçərkən Ağahüseyn və onun yanında olan həmin şəxslər avtomobili təkrar daş qalaq etməklə üzərinə iksus mayesini səpələmişdilər, avtomobili saxlamayıb təxminən saatda 20-30 km./sürətlə hərəkət edərək oradan uzaqlaşıb getmişdir. Ağahüseyn onu vurmaqla yanaşı onun yanında olan şəxslərdə Vahubu vurmuşdlar, digər qardaşı oğlu Rəsul isə avtomobildə arxa oturacaqda əyləşdiyindən ona heçnə olmayıbdır. Özü olmaqla qardaşı oğlu Vahub əzildiyi üçün məhkəmə tibbi ekspertizasından keçmək istəyir. Ağahüseyn və onun yanında olan həmin şəxslər avtomobili daş parçası və təpikləri ilə vuraraq zədələmişdilər. Avtomobilini zədələməklə ona təxminən 700 manat məbləğində maddi ziyan vurmuşdular. Həmin şəxslərin bu kimi hərəkətləri təxminən 5-10 dəqiqə kimi davam etmişdir. İdarə etdiyi avtomobil öz adına olsada, lakin sürücülük vəsiqəsi yoxdur. Həmin şəxslər onların və ya digərlərinin üzərinə priotexniki vasitələr yandırıb atmasını və iksus səpələməsini bildirsələrdə, onlara qarşı belə hərəkəti olmayıb, onlar özləri bir-birlərinin üzərinə iksus tökməklə özlərini müdafiə etmək üçün ona qarşı böhtan atırlar. Ağahüseyn və onun yanında olan həmin 5-6 nəfər şəxslər ona qarşı bu kimi hərəkəti etdikdə ətrafda kənar şəxslər olsada, lakin heç kim yaxına gəlməmişdi. Ağahüseynin əlində açılıb bağlanan qara rəngli cib bıçaqı olsada, amma onu bıçaqla vurması olmayıbdır. Buna baxmayaraq onlara qarşı müraciət etməkdə tələbi odur ki, həmin şəxslər barəsində qanuni tədbir görülsün. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2026-cı il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Y.Qasımov küçəsində Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Y.Qasımov küçəsində Zərərçəkmiş şəxs məxsus “Chevrolet” markalı maşına ziyan vurmuşdur. Salyan RPŞ-nin TB-in təhqiqatçısı polis mayoru Akif Abdullayevin xx.xx.2026-cı il tarixli raportundan görünür ki, 13 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası DİNnin “102” xidməti Zəng-Mərkəzi Sistemindən rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda, Salyan şəhəri H.Z.Tağıyev küçəsi 104-saylı liseyin yataqxanasında yaşayan Zərərçəkmiş şəxs DİN-nin “102” xidmətinə zəng edərək, 13 dekabr 2025-ci il tarixdə təxminən saat 17 radələrində idarə etdiyi “Chevrolit Cruze” markalı 52-B.-796 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Salyan şəhəri Y.Qasımov küçəsi ilə hərəkətdə olduğu zaman Ağahüseyn və onun yanında olan şəxslərin onun avtomobilinin üzərinə daş atmaları, avtomobilinə iksus mayesi tökmələri, yanında oturan qardaşı oğlu Vahub Əliyevi yumruqla vurulması barədə məlumat verməsi göstərilmişdir. Araşdırma zamanı 13 dekabr 2025-ci il tarixdə Salyan şəhəri H.Z.Tağıyev küçəsi 104 saylı liseyin yataqxanasında yaşayan Zərərçəkmiş şəxs rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində idarə etdiyi “Chevrolet” markalı 52- B4-796 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Salyan şəhəri Y.Qasımov küçəsində yerləşən “Oba” market mağazasının qarşısında hərəkətdə olduğu zaman Salyan şəhər sakinləri Ağahüseyn və onun yanında olan bir neçə nəfər şəxslərin avtomobilinin qarşısını kəsərək avtomobilinə daşla vurmaları ilə yanaşı Ağahüseynin onu, yanında olan şəxslərin isə onun qardaşı oğlu Vahub Əliyevi yumruqla vurmalarını bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X1, X10, X9, X5 və X11 qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiklərindən barələrində inzibati tənbeh tədbiri görülməsi üçün material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, X1, X10, X9, X5 və X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiklərindən barələrində inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü qərarın surətinin Salyan RPŞ-nin X2 verilməsinə göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixli “cinayət isi başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 1. Salyan rayon sakinləri Zərərçəkmiş şəxs, X12, X1 və X7 xx.xx.2025-ci il tarixli qarşılıqlı müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilməsi, 2. Salyan rayon sakinləri Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərar Salyan Rayon Polis X16 Polisi Bölməsinə, lakin X1, X10, X9, X5 və X11 barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati tənbeh tədbirləri görülməsindən ötrü qərarın surəti Salyan RPŞ-nin X2 verilməsi qərara alınmışdır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həqiqətən də, xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Y.Qasımov küçəsində Zərərçəkmiş şəxs söyüb təhqir etmiş və ona məxsus “Chevrolet” markalı maşına ziyan vurmuşdur. Bu səbəbdən də, həmin şəxs barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 232-1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 19 yanvar 2026-cı il tarixdən, saat 18:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar