Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(5-152)-252/2026 12.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlu, X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin tərtib etdiyi xx.xx.2026-cı il tarixli, EQ 31375785 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 31375785 nörməli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X4 tərəfindən barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 31375785 nömrəli inzibati tənbeh vermə haqqında qərarı iş materiallarına əlavə edilməmişdir. Baxmayaraq ki, şikayətçi ərizəsində səlahiyyətli orqan tərəfindən müvafiq araşdırma aparılmadan eyni protokol nömrəsi saxlanılmaqla (EQ ********) yalnız qərarın tarixinin dəyişdirilməsini qeyd etsə də, bunu təsdi edəcək müvafiq qərarı şikayətinə əlavə etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi hüququ göstərilmiş, həmçinin belə şikayətə baxılması qaydası öz əksini tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 31375785 nörməli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər natamam olduğundan X2 qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin tərtib etdiyi xx.xx.2026-cı il tarixli EQ 31375785 nörməli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər natamam olduğundan X3 qaytarılsın. Hakim : Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(5-152)-252/2026
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(5-152)-252/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver