Məhkəmə qərarları › İş №3(5-152)-276/2026

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-276/2026

31.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Salyan rayonu İş № 3(5-152)-276/2026 31.03.2026 SALYAN RAYON MƏHKƏMƏSI Mən, Salyan rayon məhkəməsinin hakimi X1, ##.##.1986-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Salyan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025 -ci il tarixdə “VAZ 2106 MİNİK” markalı **BG*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsi ilə tərtib olunmuş EQ******** saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli cərimə növündə inzibati tənbeh etmə haqqında qanuni qüvvəyə minmiş qərarı qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Həmin faktla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Salyan RPŞ tərəfindən ##.##.2025-ci il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq Salyan RPŞ tərəfindən ##.##.2025-ci il tarixli məktubla baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmiş, həmin material ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qəbul edilmiş qərarın elektron versiyasından çıxarışın surətindən görünür ki, onun Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə barəsində tərtib edilmiş EQ******** saylı ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə ödəməli olduğu 40 manat, dəbbə pulu 24 manat, cəmi 64 manatdır. İş materiallarına əlavə edilmiş “AsanPay” ödəniş sistemindən ##.##.2025-ci il tarixli çıxarışdan görünür ki, EQ******** saylı inzibati xəta haqqında protokol üzrə cərimə ödənilmişdir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Odur ki, hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödəməli olduğu cəriməni dəbbə pulu ilə birlikdə məhkəmə qərar qəbul edənədək tam şəkildə ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini, 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Qərara aldım: Qərarın təsviri və əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödəməli olduğu cəriməni dəbbə pulu ilə birlikdə məhkəmə qərar qəbul edənədək tam şəkildə ödədiyindən o, həmin Məcəllənin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar