Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-29/2026 28.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ X10 Yaqub oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, X5 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31130557 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayətə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayət ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Salyan rayon məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 31130557 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 6 oktyabr 2025-ci il tarixdə ona məxsus olan HYUNDAİ TUCSON MİNİK markalı 77 11 822 dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri X8 küçəsi 19-da xx.xx.2025-ci il tarixli EQ 31130557 saylı Protokol üzrə xx.xx.2025ci il tarixində DİN BDYPİ X2 tərəfindən Qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar barədə ona məlumat verilməyib, qərarın mövcudluğundan məlumatsız olmuşdur. xx.xx.2025-ci il tarixində SMS radar tətbiqində cərimələndiyini görmüşdür. Qərar Bakı şəhər DYP İdarəsinə müraciət etdiyi zaman xx.xx.2025-ci il tarixində ona təqdim edilib. O, həmin cərimə olunduğu vaxt işdə olmuşdur. Azərbaycan Milli Konservatoriyasında çalışır. Həmin ərazidə yolun kənarında maşını park edib işə getmişdir. Onunla yanaşı bir neçə nəqliyyat vasitəsi, hətta Milli Konservatoriyanın bir neçə əməkdaşı da həmin ərazidə maşını mütəmadi park edir. Qeyd edir ki, Qərarda törədilməsi ehtimal olunan inzibati xətanın Bakı şəhəri X8 küçəsi 19 ünvanında törədilməsi qeyd edilsə də, fotoşəkillər Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində (Azərbaycan Milli Konservatoriyasının qarşısında) çəkilib. Çox güman ki, fotoşəkillər o ünvanda çəkilsə də, sistemə polis əməkdaşı başqa ünvanda vurduğu üçün lokasiya olaraq Bakı şəhəri X8 küçəsi 19 ünvanı qeyd edilib. xx.xx.2025-ci il tarixində isə SMS radar tətbiqində cərimələndiyini, cəriməyə baxdığı zaman isə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının İXM-nin 346.9-cu maddəsinə əsasən “Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və durmasına görə 60 manat məbləğində və 2 bal cərimə edildiyini görmüşdür. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixində törədildiyi iddia edilən inzibati xəta barədə xx.xx.2025-ci il tarixli EQ 31130557 saylı Protokol üzrə xx.xx.2025-ci il tarixli elektron Qərar tamamilə əsassızdır və qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, 6 oktyabr 2025-ci il tarixdə ona məxsus olan HYUNDAİ TUCSON MİNİK markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobili iş yerinin yanında Ələsgər Ələkbərov küçəsində yolun kənarında saxlamışdır. Avtomobili saxladığı yer səki deyil, yolun yalnız bir tərəfində ağacların əkilməsi və nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulmuş torpaq örtüklü nisbətən hündürlük ilə binanın qarşısını ayıran (eni təxmini 5-7 metr, uzunluğu 5-20 metr olan) yolun asfalt örtüyüdür. O, nəqliyyat vasitəsini orda saxlayarkən həmin yerdə nəqliyyat vasitəsinin dayanması vətəndaşların gedişgəlişinə heç bir maneə törətməmişdir və həmin yer nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutulmuşdur. Əgər həmin yerdə səki tələblərinə cavab verən meyar olardısa, istifadəsində olan nəqliyyat vasitəsinin texniki imkanı onu səkidə saxlamağa imkan verməzdi. Qeyd etdiyi kimi həmin yerdə nəqliyyat vasitəsinin saxlanması vətəndaşların gediş-gəlişinə heç bir maneə törətmir. Ərazidə yaşayan şəxslər, çalışan şəxslər, yaxınlıqdakı restoranlara gələn şəxslər mütəmadi olaraq öz nəqliyyat vasitələrini burada park edirlər. Bundan əlavə qeyd edilən yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Hər tərəfindən giriş-çıxış üçün tam şəraiti var. Ona görə də o, həmin maddədə (İXM 346.9) göstərilən heç bir tələbi pozmamışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixində törədildiyi iddia edilən inzibati xəta barədə xx.xx.2025-ci il tarixli EQ31130557 saylı Protokol üzrə xx.xx.2025-ci il tarixli elektron Qərar tamamilə əsassızdır, qanunsuz olaraq qəbul edilmiş və bu halda inzibati tənbeh etmə haqqında qərar verilə bilməz. Yollarda quraşdırılmış radarlar tərəfindən və ya təhlükəsiz şəhər kameralarında müəyyən edilmiş inzibati xətalara dair müvafiq elektron qərarların tərtib edilməsi və vətəndaşa ünvanlanmasına birbaşa olaraq DİN BDYPİ X2 həyata keçirir. Belə olan bir halda elektron qərarda əks olunmuş şəkillərdən göründüyü kimi, şəkillər əllə, yəni planşet -bort komputer vasitəsi ilə çəkilmişdir. Bu, birinci olaraq qərarın tərtib edilməsinin yanlış olduğunu əks etdirir. Necə ola bilər ki, foto planşetlə çəkilsin və DİN BDYPİ X2 elektron qərar qəbul etsin. Qərarda göstərildiyi üzrə o, nəqliyyat vasitəsini səkidə deyil, yol kənarında asfalt ərazidə saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətinə mane törətməmişdir. Ərazidə bina sakinləri, eləcə də inzibati binaya gələn insanlar, burada işləyən insanlar, ərazidəki restoranlara gələn insanlar şəxsi avtomobillərini digər parklanma yerləri olmadığı üçün bu binanın ətrafındakı asfalt hissələrdə saxlayırlar. Binaətrafı sahədə hansı nizamlama nişanlarından söhbət gedə bilər. xx.xx.2025-ci il tarixdə törədildiyi iddia edilən inzibati xəta barədə xx.xx.2025-ci il tarixli ********** saylı protokol üzrə xx.xx.2025-ci il tarixli elektron qərar ləğv edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, əslində mövcud olmayan inzibati xəta hadisəsini bilavasitə aşkar etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən icraat da düzgün aparılmamış, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsinin tələbləri pozulmuşdur. Fotoşəkillərdən göründüyü kimi, törədilməsi iddia edilən inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilsə belə, icraat 124-cü maddənin tələbinə uyğun olaraq yox, 122-ci maddəsinin (İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) tələblərinə qismən uyğun şəkildə aparılmışdır. Lakin qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmış qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmamışdır. Bundan əlavə, operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunsa belə guya sübut kimi əlavə olunan foto şəkillərin üzərində bu bort-kompüterə aid məlumatlar, GPS məlumatları, tarix, saat, yer və məkan barədə məlumatlar öz əksini tapmamışır. Qərarda onun xx.xx.2025-ci il tarixdə həqiqətən də “nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması” ilə müşayiət olunan xətanı təsdiq edəcək sübutlar əks etdirilmir. Şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə onun istifadəsində olan nəqliyyat vasitəsi Ələsgər Ələkbərov küçəsində səkidə dayandırılmamışdır. Həmin nəqliyyat vasitəsinin saxlanıldığı yer səki kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, nəqliyyat vasitəsinin dayandırıldığı yer piyadalar üçün nəzərdə tutulan yolun hissəsi deyildir. Belə olduğu halda şəxsin Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və öz təsdiqini tapmır. Təqsir qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir.Qanunda nəzərdə tutulmamış qaydada şəxsin təqsiri sübuta yetirilə bilməz. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Həmçinin fotoşəkillərdən də görünür ki, avtomobilin saxlanıldığı yer səki deyil. Şəkillərdən bu hal aydın görünür. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsinin mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Hər bir halda protokolda şəxsin inzibati məsuliyyətə səbəb olan dəqiq əməli (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) göstərilməli, həmin əməlin törədilməsi ilə şəxs razılaşmadıqda, protokolda digər sübutlara istinad edilməklə, şəxsin konkret əməl törətməsini qərar qəbul etmiş səlahiyyətli orqan sübut etməlidir. Bundan sonra həmin protokol və sübutlar əsasında inzibati tənbeh qərarı çıxarıla bilər. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, şikayətçi inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün əvvəl protokol tərtib edilərək, tərəfin iştirakı ilə onun inzibati xəta törədib-törətməməsi araşdırılmadan, barəsində birbaşa qərar qəbul edildiyindən, həmin qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının nəticəsi olaraq qəbul edilmiş qərar hesab edilə bilməz. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77— 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, əməlin inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya htiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Səlahiyyətli orqanın qərarında qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, təqsir qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X1 eyni məzmunlu ərizə ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 31130557 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-9632/2025 saylı qərardadı ilə X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 31130557 saylı İnzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətin aidiyyəti üzrə baxılması üçün Salyan rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Salyan rayon məhkəməsinin xx.xx.2026-cı il tarixli 3(057)-1404/2025 saylı qərarı ilə X5 barəsində Azərbaycan Respublikası DİN BDYPİ X2 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli EQ 31130557 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılmışdır. X1 məhkəməyə vəsatət göndərərək həmin qərardan şikayət verilməsi üçün üzrlü səbəbdən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli 3(5-152)-29/2026 saylı hazırlıq iclasının qərardadı ilə buraxılmış müddət üzrlü sayılaraq bərpa edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərardan şikayət vermiş şəxs X5 və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, şikayətə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsinin və X3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, X5 barəsində DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixində, saat 14:10-da Bakı, X8 19 ünvanında “Hyundai Tucson minik” markalı, 77LT822 dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, nəqliyyat vasitəsi səki üzərində deyil, səkidən ayrıca ayrılmış yolun kənarında asfalt örtüklü sahədə dayanıb, ərazidə dayanma və durmanı qadağan edən hər hansı yol nişanı və ya xüsusi nişanlanma yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən, bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının X2ndə yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının X2ndə yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. İş materiallarında olan sübutlar isə X5 tərəfindən İXM-nin 346.9-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan fotoşəkillərdən göründüyü kimi, nəqliyyat vasitəsi yolun hərəkət hissəsində və ya səki üzərində deyil, yolun kənarında asfalt örtüklü ərazidə saxlanılmışdır. Həmin ərazidə nəqliyyat vasitələrinin dayanmasını və ya durmasını qadağan edən yol nişanı və ya digər tənzimləmə vasitələri mövcud olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, yalnız nizamlayıcı vasitələrdə başqa göstəriş nəzərdə tutulmadıqda nəqliyyat vasitələrinin səki üzərində dayanmasına və ya durmasına görə inzibati məsuliyyət yarana bilər. Lakin konkret halda nəqliyyat vasitəsinin saxlandığı yer səki hesab edilmir və həmin ərazidə dayanmanı qadağan edən hər hansı nizamlayıcı vasitə mövcud olmamışdır. Bu səbəbdən göstərilən maddənin dispozisiyası ilə törədildiyi iddia olunan hərəkət arasında hüquqi uyğunluq yoxdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə də, mövcud vəziyyətdə X3 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 346.9-ci maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Həmin Qanunun 52-ci maddəsinin İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə dayanma qadağandır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X5 barəsində Azərbaycan Respublikası DİN BDYPİ X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31130557 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31130557 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(5-152)-29/2026
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-29/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver